4 Comments
User's avatar
Əbdülkərim Babayev's avatar

Salam, yazılarınız çox öyrədicidir öz növbəmdə təşəkkürümü bildirirəm sizə bunlar üçün. Özüm maliyyə ixtisasında 2ci kursu bitirmişəm düzdü investisiya və ya trading sahəsində şəxsi təcrübəm yoxdur amma çoxlu müşahidə və məlumata sahibəm. Buna əslində həm oxuduğum ixtisas, ətrafımdakı dostlarım və öz maraqlarım əsas verir. Həmçinin bu sahəyə marağım dəhşətli çoxdur və ən məntiqli gəlir mənbələrindən biri kimi görürəm. Lakin öz məntiqimə görə bu investisiyalar long term üzərində daha gəlirli olduğuna inanıram və günlük trade edənlərin çoxlu məbləğdə pul itirdiyinə şahidəm. Həm də bunun nə qədər insanda asılılıq yaratdığını görmüşəm özümündə belə şeyə marağım olmayıb, ona görə sadəcə uzunmüddətli investisiya mənə cəlb edici gəlir. Sadəcə Azərbaycanda müxtəlif bankların və onların hər biriniz demək olarki investment üçün tətbiqləri var və bunlar mənə nə güvənli, nə də sərfəli gəlir. Siz bu işlə məşğul olmaq üçün yerli yoxsa xarici vasitələrlə investisiya etməyin məntiqli olduğunu düşünürsüz?

Expand full comment
Wall Street Baku's avatar

Salam , 2-ci kursdan bu sahəyə marağınızın olması çox sevindiricidir. Qısa müddətli səhm ticarətinin əsas çətinliyi psixoloji tərəfidir. Yəni, uzunmüddətli ticarətdə qazancın 65–70%-i psixologiyadan asılıdırsa, qısa müddətlidə bu rəqəm 85–90%-ə qədər yüksəlir. Qısa müddətli ticarətdə daha çox araşdırma aparmaq və düzgün informasiya tapmaq çox önəmlidir. Hazırda ən dəyərli resurs düzgün və vaxtında əldə olunan məlumatdır.

Yeni başlayanlar üçün uzunmüddətli ticarət daha məsləhətlidir.

O ki qaldı Azərbaycandakı bank proqramlarına — təəssüf ki, bu barədə məlumatım yoxdur. Banklarla birbaşa əlaqə saxlayaraq dəqiq məlumat ala bilərsiniz. Xarici broker kimi 5–6 il əvvəl Etoro vasitəsilə ticarət etmək mümkün idi, amma indi işləyib-işləmədiyi barədə əlimdə dəqiq məlumat yoxdur.

Expand full comment
Ziya's avatar

Salam,

Teshekkur edirem meslehetiniz ucun.

Bashlayaq))

Expand full comment
ah117's avatar

Salam. Məqalə çox maraqlıdır, təşəkkürlər!

Azərbaycandan istifadə üçün Interactive Brokers (İBKR) əlçatandır ancaq, bildiyim qədərilə. Yerli bazarda bəzi banklar bu imkanı yaradır lakin, həmin banklara xidmətləri ilə bağlı 1-2 sual verən kimi dilləri topuq vurur. IBKR-dən ətrafımda olanlardan bir nəfər istifadə edirdiş Lakin bu yaxınlarda onun USD 4k portfelini məhdudlaşdırdı IBKR. Səbəb olaraq isə “low level of activity“ dedilər. Mən də İBKR-də hesab açmışam, bütün lazımi mərhələləri keçmişəm, qalıb hesaba pul yatırmaq. Lakin, az öncə dediyim case adamı qorxudur.

Azərbaycandan əlçatan olan, etibarlı və problemi az olan hansısa platforma bilirsinizmi?

Expand full comment