SoFi Technologies (SOFI)
Yeni Nəsil Bankçılığın Lideri – Maliyyənin Gələcəyini Yenidən Yazan Filyalsız Bank
SoFi Technologies 2011-ci ildə ABŞ-da qurulmuş və bu gün sürətlə böyüyən “fintech-bank” modelini təmsil edən şirkətdir. “Social Finance” adı ilə başlayan bu şirkət əvvəlcə tələbə kreditlərini refinanslaşdırmaqla (re-finance) tanınsa da, zamanla tam funksional bank, investisiya və texnologiya platformasına çevrildi.
SoFi-nin yaranma hekayəsi
SoFi-nin hekayəsi 2011-ci ildə Stanford Biznes Məktəbində başlayıb.
Dörd MBA tələbəsi — Mike Cagney, Ian Brady, James Finnigan və Dan Macklin — tələbə kredit sistemindəki ədalətsizlikdən narazı idilər. Çünki ABŞ-da tələbə kreditlərinin faiz dərəcələri çox yüksək idi və kredit alan gənclər gələcəkdə yaxşı iş tapsalar belə, illərlə borc altında qalırdılar, banklar isə bu prosesdən böyük gəlir qazanırdı. Bu dörd tələbə bu məsələni həll etmək üçün “Niyə biz tələbələrə öz aramızda daha ədalətli, sosial əsaslı bir borc modeli yaratmayaq?” düşüncəsi ilə hərəkətə başladılar . Elə ilk addımları – “Tələbədən tələbəyə kredit” layihəsi oldu.
İlk pilot layihə Stanford Universitetinin məzunları ilə keçirildi.
Əvvəlki illərin məzunları SoFi platformasında gənc tələbələrə aşağı faizlə borc verirdilər. Yəni bank yox idi, komissiya yox idi — sadəcə cəmiyyət içi maliyyə köməyi.Bu model o qədər uğurlu oldu ki , ilk il cəmi 100 tələbəyə 2 milyon dollar borc verildi və nəticə çox yaxşı oldu - kreditlərin geri ödənişi 99%-dən yuxarı idi!
Beləliklə, SoFi ilk investorlarını və maliyyə dəstəyini qazandı.
Silikon Vadisinə çıxış (2012–2015)
2012-ci ildən etibarən SoFi artıq risk kapitalı fondlarından (venture capital) və Wall Street investorlarından dəstək almağa başladı. Tələbə kreditləri ilə başlayan şirkət artıq refinanslaşdırma ( refinance) və şəxsi kreditlər də təklif etməyə başladı.
Ən böyük dönüş nöqtəsi 2015-ci ildə oldu: - SoFi “tələbə kredit startapı”ndan “tam maliyyə ekosistemi”nə çevrildi. Artıq məqsəd sadəcə borc vermək yox, insanların bütün maliyyə həyatını idarə etmək idi.
“Sosial”dan “Texnoloji”yə keçid
SoFi-nin “social finance” modeli tədricən texnologiya əsaslı fintech modelinə çevrildi.
Şirkət mobil tətbiqini buraxdı, avtomatik borc hesablamaları, kredit monitorinqi və investisiya funksiyaları əlavə etdi.
2018-ci ildə isə SoFi Galileo Financial Technologies adlı bir platformanı aldı — bu, SoFi-yə digər fintech şirkətlərinə bank infrastrukturu satmaq imkanı verdi.
Artıq SoFi təkcə bank yox, həm də banklara xidmət edən texnologiya şirkəti oldu.
Yeni dövr – Anthony Noto və “SoFi Bank”
2018-ci ildə keçmiş Twitter CFO-su və Goldman Sachs-ın keçmiş direktoru Anthony Noto SoFi-nin CEO-su oldu. Onun rəhbərliyi altında şirkət məhsullarını genişləndirdi, öz bank lisenziyasını aldı (2022-ci ildə rəsmi təsdiq) və nəhayət NASDAQ-da SOFI adı ilə listinq edildi. Anthony Noto SoFi-ya “Biz bank deyilik. Biz insanlara maliyyə azadlığı verən texnologiya şirkətiyik” yanaşmasını gətirdi
SoFi - bu günü və gələcəyi
Bu gün SoFi 12 milyondan çox üzvə malikdir. ABŞ-ın ən sürətlə böyüyən onlayn bankı olmaqla yanaşı həm də kredit, investisiya, sığorta və texnologiya sahələrini birləşdirən tam ekosistemə çevrilmiş bir bankdır. SoFi artıq sadəcə maliyyə xidməti deyil — “həyat tərzi brendi” kimi qəbul olunur. Onun şüarı hər şeyi izah edir: “Get Your Money Right.”
Bu gün şirkətin Biznes Modeli və Strateji Yanaşması Üç əsas istiqamətdən ibarətdir.
Kreditləşmə:
Tələbə kreditləri və onların refinanslaşdırılması
Şəxsi və avtomobil kreditləri
İpoteka və ev kapitalı kreditləri
Bank və ödəniş xidmətləri:
Onlayn bank hesabları, debet kartlar
Pul idarəetməsi, əmanətlər və faiz gəlirləri
“SoFi Money” və “SoFi Credit Card” kimi məhsullar
İnvestisiya və texnologiya platforması:
Kripto, səhmlər və ETF-lər üçün “SoFi Invest”
Texnologiya infrastrukturu (Galileo və Technisys bölmələri vasitəsilə)
Digər fintech şirkətlərinə “Platform as a Service” modeli ilə xidmət
SoFi öz böyüməsini Financial Services Productivity Loop (maliyyə məhsullarının dövri ekosistemi ) konsepti üzərində qurub. Bu modelə görə istifadəçi bir məhsul (məsələn, bank hesabı açır) alır və şirkət həmin istifadəçiyə kredit, investisiya və ya sığorta kimi əlavə məhsullar təklif edir. İstifadəçi şirkətin ekosisteminə daha dərindən daxil olur və artıq birdəfəlik müştəri deyil, davamlı gəlir mənbəyinə çevrilir. Bu model sayəsində SoFi həm istifadəçi saxlanmasını artırır, həm də orta gəliri (revenue per member) davamlı böyüdür.
Maliyyə Performansı
Ümumi göstəricilər (2024–2025)
2024 gəliri: 3.76 milyard dollar
2025 gözləntisi: 4.2 milyard dollar səviyyəsində
İl üzrə artım: təxminən +30%
Net gəlir (Q1 2025): 71 milyon dollar – bu, SoFi tarixində ən yüksək mənfəətdir
Tənzimlənmiş EBITDA marjası: 20%-dən yuxarı
Nağd vəsait: 2 milyard dollara yaxın
Üzv sayı: 12 milyon (2024-lə müqayisədə +34%)
Ümumi məhsul sayı: 16 milyon (+35% artım)
Şirkət artıq “mənfəətli mərhələyə” keçdiyini elan edib və 2025-2026-ci illərdə ardıcıl dörd rübdə müsbət net gəlir əldə etməyi hədəfləyir. 2020-2022-ci illərdə SoFi əsasən kredit gəlirlərindən asılı idi. Lakin 2023-dən etibarən balans dəyişdi - “Financial Services” bölməsindən gəlir artıq ümumi gəlirin 40%-ni təşkil edir. O cümlədən “Technology Platform” (Galileo + Technisys) hissəsi gələcəkdə ən yüksək marjlı sahəyə çevrilməkdədir. Gəlir diversifikasiyası isə şirkəti daha sabit və çevik edir.
Gələcək Planlar və Perspektivlər
Qısamüddətli Planlar (2025–2026)
2025-ci ildə :
üzv sayını 12 milyondan 14 milyona çatdırmaq
məhsul sayını 16 milyondan 21 milyona yüksəltmək
hər üzvün ən az 2 fərqli SoFi məhsulundan istifadə etməsinə nail olmaq
illik gəliri 4 milyard dollara çatdırmaq
xalis mənfəət marjasını 15%-ə yüksəltmək
“fee-based” (komissiya və xidmət) gəlirlərini ümumi gəlirin 50%-nə qədər artırmaq
2026-ci il üçün yeni məhsullar və xidmətlər :
Alternativ investisiya fondları: OpenAI, SpaceX kimi özəl şirkətlərə sərmayə imkanı yaradan fondlar.
Blokçeyn əsaslı beynəlxalq köçürmələr: ABŞ-dan Meksikaya və digər ölkələrə “blockchain transfer” sistemləri.
AI dəstəklı kredit analiz sistemi: süni intellekt vasitəsilə daha dəqiq kredit qərarları.
Yeni “Premium” hesablar: ödənişli abunə (subscription) modelləri ilə əlavə xidmətlər – məsələn, investisiya məsləhətləri, yüksək cashback və s.
Uzunmüddətli Perspektivlər (2028–2030)
SoFi-nin “Galileo” və “Technisys” platformaları sayəsində şirkət digər banklara və fintech-lərə göstərdikləri xidməti daha da genişləndirməyi planlayır.
Qarşıya qoyduğu hədəflər :
ABŞ və Kanadadan kənarda da bu platformanı təqdim etsin,
2026-cı ildə bu seqment ümumi gəlirin 25%-ni təşkil etsin,
10-dan çox beynəlxalq bank və neobank SoFi platformasından istifadə etsin.
Cənubi Amerika (Panama, Kolumbiya, Meksika),Kanada və Böyük Britaniya kimi bazarlara çıxsın,
Blokçeyn əsaslı beynəlxalq ödəniş sistemini genişləndirsin.
SoFi 2030-a qədər “One-stop Financial Super App” (hamısı bir app-də ) prinsipi ilə tam maliyyə ekosistemi qurmaq istəyir. Bu ekosistemin hədəfi : - bir istifadəçi bir tətbiqdən çıxmadan bütün maliyyə həyatını idarə edə bilsin- prinisipidir.
Bu sistemə aşağıdakı bölmələr daxil olacaq:
Bank hesabı
Kredit
İnvestisiya
Kripto
Sığorta
Təqaüd hesabları
Vergi idarəetməsi
2027-dən etibarən SoFi-nin məqsədi sabit mənfəət səviyyəsinə çatmaq və 2028–2029-cu illərdə ilk dividendləri verməkdir. SoFi artıq “fintech startapı” mərhələsini keçib.
İndi o, ABŞ-ın növbəti maliyyə texnologiyaları nəhəngi olma yolundadır — eynilə Tesla-nın avtomobil bazarında etdiyi kimi, SoFi də bankçılıqda inqilab etməyi qarşısına məqsəd qoyub.






