Sürətlə ucuzlaşan səhmlərin artıq dibə çatdığını iddia etmək olmaz. Çünki belə səhmlər daha da ucuzlaşmağa davam edə bilər. Səhm qiymətinin həqiqətən dibə çatdığını müəyyən etmək üçün əvvəlcə müəyyən texniki siqnalların formalaşmasını gözləmək lazımdır.
1. Satış təzyiqinin tükənməsi (Selling Exhaustion)
İlk növbədə satış təzyiqinin zəiflədiyini görməliyik. Səhmlərdə və indekslərdə kəskin ucuzlaşma ilə müşayiət olunan son böyük satış dalğası (Selling Climax) baş verə bilər. Lakin bundan sonra qiymətlərin yeni əhəmiyyətli minimumlar formalaşdırmağı dayandırması vacibdir.
2. Əvvəlki minimumların uğurlu təkrar testi (Retest)
Qiymət əvvəlki minimum səviyyələrə yenidən yaxınlaşmalı və həmin səviyyələrdə alıcıların daha aqressiv şəkildə alışa başladığını görməliyik.
3. Wyckoff Spring formalaşması
Qiymət müəyyən edilmiş dəstək səviyyəsindən qısa müddətə aşağı düşə bilər. Lakin satıcılar bu enişi davam etdirə bilmirsə və qiymət yenidən dəstək səviyyəsinin üzərinə qayıdırsa, bu, potensial dönüş siqnalı ola bilər.
4. Akkumulyasiya mərhələsinin formalaşması (Accumulation)
Qiymət yeni minimumlar yaratmadan müəyyən diapazonda sabitləşməli və alışların toplandığı baza formalaşdırmalıdır.
5. Enən trend strukturunun qırılması
Qiymət əvvəlki lokal maksimumları keçməyə başlamalıdır. Bu, enən trendin zəiflədiyini və bazarda struktur dəyişikliyinin baş verdiyini göstərə bilər.
6. Alış həcminin artması (Bullish Volume Confirmation)
Bu, xüsusilə vacibdir! Yüksək satış həcmi davam etdiyi halda qiymətin dibə çatdığını iddia etmək olmaz. Trendin dəyişməsini təsdiqləmək üçün güclü alış həcmi görməliyik.
7. Qiymətin akkumulyasiya diapazonundan yuxarı çıxması
Səhm qiyməti formalaşmış akkumulyasiya zonasını yuxarı istiqamətdə qırmalı və həmin səviyyənin üzərində yüksəliş trendinə başlamalıdır.
8. RSI və nisbi gücün yaxşılaşması
RSI göstəricisi yaxşılaşmalı, səhm isə ümumi bazardan və ya müqayisə olunduğu indeksdən daha güclü performans nümayiş etdirməlidir.
9. Əsas hərəkətli ortalamaların geri qazanılması (Moving Averages)
Qiymət mühüm hərəkətli ortalama xətlərinin üzərinə qayıtmalı və onların üzərində möhkəmlənməlidir.
10. Ümumi bazardan təsdiq siqnalları
Əsas fond indeksləri də bərpa olunmağa başlamalıdır. Eyni zamanda institusional investorların alış fəaliyyətinin yenidən gücləndiyi daha aydın görünməlidir.
11. Ən vacib göstərici - Breakout səviyyəsinin uğurlu təkrar testi
Ən vacib siqnallardan biri də budur. Səhm mühüm müqavimət səviyyəsini qıraraq yuxarı qalxdıqdan sonra həmin səviyyəyə geri dönməli və onu dəstək kimi qoruya bilməlidir. Əgər qiymət əvvəlki breakout səviyyəsində möhkəmlənirsə, artıq dibin formalaşdığını demək üçün daha ciddi əsas yaranır.
Qısa xülasə
1. Mümkün dib (Possible Bottom):
Satış təzyiqinin tükənməsi + ilkin dəstəyin formalaşması + müsbət divergensiya (Bullish Divergence).
2. Ehtimal olunan dib (Probable Bottom):
Uğurlu təkrar test + akkumulyasiya mərhələsi + nisbi gücün yaxşılaşması.
3. Təsdiqlənmiş trend dönüşü (Confirmed Trend Reversal):
Daha yüksək minimum (Higher Low) + mühüm lokal maksimumun qırılması + güclü alış həcmi + davamlı yüksəliş strukturu.
Aşağıdakı göstəricilərə əsaslanaraq səhm qiymətinin dibə çatdığını iddia etmək olmaz:
❌ RSI göstəricisinin 30-dan aşağı düşməsi.
❌ Təkcə MACD-də müsbət kəsişmənin (Bullish Crossover) yaranması.
❌ Səhmin 70–90% dəyər itirməsi.
❌ Qrafikdə bir böyük yaşıl şamın yaranması.
❌ Təkcə müsbət divergensiyanın (Bullish Divergence) müşahidə olunması.
❌ Qiymətin tarixi dəstək səviyyəsinə toxunması.
❌ Həddindən artıq satışdan (Oversold) sonra qısamüddətli qiymət sıçrayışı.
Bunları yadda saxlamaqda fayda var !

