Səhm Bazarının Gözəgörünməyən Sirləri
Pulun, psixologiyanın və texnologiyanın kəsişdiyi 25 maraqlı fakt
Hamı investisiya etmək, pul qazanmaq istəyir. Amma bazarı başa düşmək hər zaman asan deyil. Xüsusən də, səhm ticarətinin görünən tərəfi ilə bərabər, dərin və bir az da qeyri-adi məqamları var ki, çoxları onlardan xəbərsizdir. Aşağıdakı faktlar bu bazarın necə işlədiyini, nələrə təsir etdiyini və nələrin arxasında gizli sistemlərin dayandığını ortaya qoyur.
Səhm Ticarəti haqqında bəzi maraqlı faktlar :
1. Dünyanın ilk səhm birjası 1602-ci ildə yaradılıb - Amsterdam Səhm Birjası 1602-ci ildə yaradılıb və Hollandiya Şərqi Hindistan Şirkətinin (VOC) səhmləri ilə ticarətə başlayıb. Bu, həm də dünyanın ilk IPO-su (ictimai təklif) hesab olunur.
2. Tayvanda aparılan araşdırmaya görə, günlük treyderlərin 80%-i zərər edir, yalnız 1%-i davamlı qazanc əldə edə bilir. Yəni, günlük uğurlu treyd sayı çox olsa belə, uzunmüddətli mənfəət demək deyil.
3. Böyük fondlar 3 millisaniyə üstünlük üçün yüz milyonlar xərcləyir - Citadel və Virtu kimi firmalar Çikaqo və Nyu Cersi arasında 300 milyon dollarlıq özəl fiber-optik kabel çəkdiriblər. Məqsəd yalnız 3 millisaniyə daha tez əməliyyat etməkdi.
4. Qısa simvolu olan səhmlər (məsələn, $GOOG, $AAPL) daha cəlbedici görünür və bu səbəbdən daha çox alqı-satqı görür. İnsan beyni qısa adlara daha çox reaksiya verir.
5. "Odd Lot" əməliyyatlar pərakəndə investorların psixologiyasını göstərir - Böyük investorlar adətən 100 və ya daha çox səhmlə ticarət edir. 100 səhmdən az olan əməliyyatlar (“Odd Lot”) isə adətən pərakəndə investorlar tərəfindən edilir və bu əməliyyatlara baxaraq bazarda “kiçik investor” davranışları təhlil olunur. Bu göstəriciyə Odd Lot İndikatoru deyilir və bəzən əks-siqnal kimi istifadə olunur.
6. Bazar rəqəmlərdən çox sözlərə reaksiya verir - FED rəhbərlərinin çıxışları və şirkətlərin maliyyə hesabatlarında istifadə edilən sözlərin tonu (“təhlükə”, “inkişaf”, “narahatlıq” və s.) bazarda qiymət dəyişikliklərinə səbəb ola bilər. Bu səbəbdən NLP (Natural Language Processing) texnologiyası treyd sistemlərində istifadə olunur.
7. “Cadugərlik günləri” (Witching Days) yüksək volatillik gətirir - Hər ilin mart, iyun, sentyabr və dekabr aylarının üçüncü cümə günləri dörd fərqli maliyyə alətinin (səhm opsionları, indeks opsionları, indeks fyuçersləri və səhm fyuçersləri) eyni vaxtda müddətinin bitməsi baş verir. Bu günlərdə bazarda həddindən artıq həcm və qiymət dəyişiklikləri olur.
8. Siyasi mərc bazarları (betting saytlar) səhm qiymətlərinə təsir edir - Investorlar siyasi proqnoz bazarlarını (PredictIt və s.) izləyirlər. Seçkilərlə bağlı ehtimallar dəyişdikcə səhm qiymətləri də əvvəlcədən reaksiya verir - rəsmi nəticələr çıxmamışdan əvvəl.
9. Səhm bazarında ən yüksək gəlirli günlər nadirdir - ABŞ bazarlarında 20 illik müddətdəki tədqiqat göstərir ki ən yüksək 10 gəlirli gün ümumi gəlirin çox böyük hissəsini təşkil edir. Əgər bir investor bu 10 günü buraxsa, onun illik gəliri kəskin azalır.
10. Bazarların ilin noyabr-aprel dövründə daha yaxşı performansı olur - Bu hadisə “Sell in May and Go Away” strategiyası ilə tanınır. Statistik olaraq bazarlar noyabr-aprel arasında daha çox qazandırır, may-oktyabr arasında isə zəif performans göstərir.
11. Fərdi İnvestorların çoxu səhmləri yüksəldikdən sonra alır - Tədqiqatlar göstərir ki, fərdi investorlar adətən səhmləri yüksəldikdən sonra - gecikmə hissi ilə almağa meyllidirlər. Bu isə çox vaxt bahalı qiymətə almaq və daha sonra zərər görmək deməkdir.
12. Səhm bazarı insanların emosiyaları ilə idarə olunur - Qorxu və tamah ən güclü emosiyalardır. Bu səbəbdən bazar panikası zamanı qiymətlər real dəyərindən çox aşağı, tamahkarlıqla alış zamanı isə yuxarı olur. Bu səbəbdən investorlar qorxu-tamah şkalasını (fear and greed index) mütləq nəzərə alırlar.
13. Bəzi “insider” alqı-satqılar tamamilə qanunidir - “İnsider trading” adətən qanunsuz hesab olunur, amma əgər SEC-ə (ABŞ Maliyyə Komissiyası) düzgün şəkildə öncədən rəsmi bildirilirsə, şirkət rəhbərləri və işçiləri səhmləri qanuni yolla ala və sata bilər.
14. Şirkətlər bəzi hallarda öz səhmlərini süni şəkildə ucuzlaşdırır - Əgər şirkət daha çox səhmini almaq istəyirsə, pis xəbərləri bilərək yaymaq və ya maliyyə hesabatlarını zəif təqdim etmək ilə qiyməti müvəqqəti aşağı salır. Sonra isə ucuz qiymətə səhmləri geri alır.
15. Dividendlər uzunmüddətli gəlirin əsas hissəsidir - S&P 500 indeksində tarixə baxdıqda, ümumi gəlirin 40%-dən çoxu dividendlərdən gəlir. Yalnız kapital artımına fokuslanmaq, potensial gəlirin böyük hissəsini buraxmaq deməkdir.
16. Treyderlər üçün “Dark Pool” adlı gizli ticarət platformaları var - Dark pool-lar, böyük investorların (hedge fondlar, banklar) görünmədən böyük alqı-satqılar etdiyi platformalardır. Bu əməliyyatlar birjada gecikmə ilə görünür və bazar təsirindən qaçmaq üçün istifadə olunur.
17. Bəzi ölkələrdə səhm bazarları 4 gün işləyir - ABŞ və Avropa bazarları 5 gün işləsə də, BƏƏ, Səudiyyə Ərəbistanı və bəzi müsəlman ölkələrində bazarlar yalnız bazar ertəsi–cümə axşamı arasında işləyir. Bu isə qlobal treyd strategiyalarını kompleksləşdirir.
18. Araşdırmalara görə, bəzi Konqres üzvləri bazarı sistematik şəkildə üstələyir. Buna görə də onların ticarətləri fərdi investorlar üçün siqnal kimi izlənir (məsələn: QuiverQuant saytı).
19. IPO-ların əksəriyyəti uzunmüddətli zəif performans göstərir - İlk gün qazancı olsa da, IPO şirkətlərinin əksəriyyəti 1-2 il ərzində S&P 500-dən daha az qazandırır. Səbəb: qiymət ilk günlərdə süni şişirdilir.
20. Bloomberg Terminalı ayda 2000$-dan çoxa başa gəlir - Peşəkar treyderlər və fond menecerləri Bloomberg Terminalı istifadə edirlər. Onun illik qiyməti 24,000$+ olsa da, bazarda ən güclü məlumat aləti hesab olunur.
21. Səhm bazarları təkcə iqtisadiyyatı yox, insan psixologiyasını da əks etdirir - Bazarda texniki analiz ona görə işləyir ki , insan davranışları və qorxu/tamah dövrləri təkrarlanır. Qrafiklər – əslində – insan emosiyalarının xəritəsidir.
22. Yavaş və sabit strategiyalar adətən daha çox qazandırır - “Turtle Traders” (Tısbağa ticarəti ) adlı eksperimentdə, təcrübəsiz insanlar sadə qaydalarla treyd edərək peşəkarları üstələyiblər. Bu göstərdi ki, sistemə sadiqlik ( discipline - intizam ) emosiyadan üstündür.
23. Səhmlərin alqı-satqısı bəzən genetik olaraq müəyyən edilir - Genetik araşdırmalar göstərir ki, bəzi insanlar risk almağa bioloji olaraq meyllidir, və bu onları təbii treyder edir. Riskə qarşı dözümlülük irsi xüsusiyyət ola bilər. Buna görə uğurlu risk edən traderlərin övladları da çox vaxt uğurlu olur və fondlar çox vaxt onları gənc vaxtlarından təhsil və təcrübə təqaüdlərlə təmin edirlər ki sonradan müqaviləyə görə həmin fondlarda işləsinlər .
24. Səhm bazarlarında “mean reversion” çox güclü qanundur - Həddindən artıq düşən və ya qalxan səhmlər çox vaxt orta qiymətinə geri dönür. Bu konsepsiya ilə treyd edənlər “mean reversion strategy” istifadə edirlər.
25. Sahibkar CEO-ların idarə etdiyi şirkətlər daha yaxşı performans göstərir - CEO eyni zamanda şirkətin əsas səhmdarıdırsa, onların motivasiyası fərqlidir və şirkətin səhmləri daha çox dəyər qazanır. Bu “Founder-led companies” adlanır (məsələn: Elon Musk, Jeff Bezos).