Səhm Bazarında Hər İnvestorun Bilməli Olduğu 50 Ən Vacib Termin
Bazarı başa düşmək üçün istifadə olunan əsas anlayışlar
Fond bazarında uğurlu olmaq təkcə yaxşı şirkət seçməkdən ibarət deyil. Bazarın dilini başa düşmək ən az fundamental analiz qədər vacibdir. Hər gün analitik hesabatlarında, CNBC, Bloomberg və Wall Street araşdırmalarında yüzlərlə termin istifadə olunur. Bu terminlərin mənasını bilmədən bazarın nə dediyini anlamaq çətinləşir. Bu yazıda səhm bazarında ən çox istifadə olunan terminləri sadə dillə izah etməyə çalışacayıq.
Qiymət və Bazar Terminləri
1. Bull Market
Qiymətlərin uzun müddət yüksəldiyi bazar. Adətən indekslər əvvəlki minimumdan 20% və ya daha çox yüksəldikdə Bull Market hesab olunur.
2. Bear Market
Qiymətlərin uzun müddət aşağı düşdüyü bazar. İndeks əvvəlki zirvədən 20%-dən çox düşərsə Bear Market adlanır.
3. Correction
Qiymətin zirvədən 10-20% enməsi. Normal bazar düzəlişi hesab olunur.
4. Rally
Qısa və ya uzun müddətli güclü yüksəliş.
5. Pullback
Yüksəliş zamanı baş verən kiçik geri çəkilmə.
6. Dip
Qiymətin qısamüddətli enməsi. “Buy the Dip” termini məhz buradan yaranıb.
7. Breakout
Qiymətin vacib müqaviməti qıraraq yuxarı çıxması.
8. Breakdown
Qiymətin vacib dəstəyi aşağı qırması.
9. Resistance
Satıcıların gücləndiyi qiymət səviyyəsi. Adətən resistance xətti keçilmiyəndə qiymət geri dönüş edir.
10. Support
Alıcıların gücləndiyi qiymət səviyyəsi. Adətən dəstək xətti keçilə bilmiyəndə qiymət yuxarı doğru dönüş edir
Maliyyə Göstəriciləri
11. Market Capitalization
Şirkətin bazar dəyəri. Formula: Səhm sayı × Cari qiymət
12. Large Cap
10 milyard dollardan böyük şirkətlər.
13. Mid Cap
2–10 milyard dollar arası.
14. Small Cap
300 milyon–2 milyard dollar.
15. Mega Cap
200 milyard dollardan böyük şirkətlər.
Apple, Microsoft, Nvidia kimi.
16. Enterprise Value (EV)
Şirkətin real alış qiyməti. EV = Market Cap + Borc – Nağd Pul
17. Revenue
Şirkətin satış gəliri.
18. Gross Profit
Satış gəliri minus məhsulun maya dəyəri.
19. EBITDA
Əməliyyat fəaliyyətinin gücünü göstərən göstərici.
20. Free Cash Flow (FCF)
Şirkətin sərbəst istifadə edə biləcəyi pul. Wall Street-də ən vacib göstəricilərdən biridir.
Mənfəət Terminləri
21. EPS
Hər səhmə düşən mənfəət.
22. EPS Beat
Şirkətin analitik gözləntisini keçməsi.
23. EPS Miss
Gözləntidən zəif nəticə.
24. Guidance
Şirkətin gələcək proqnozu. Bəzən gələcək proqnoz cari nəticədən daha vacib olur.
25. Beat and Raise
Həm nəticəni keçir, həm də gələcək proqnozu artırır. Wall Street-də bu yüksəliş sayılır.
Qiymətləndirmə Terminləri
26. P/E Ratio
Qiymət / Mənfəət nisbəti.
27. Forward P/E
Növbəti ilin mənfəətinə əsasən hesablanır.
28. PEG Ratio
P/E-ni böyümə sürəti ilə müqayisə edir.
29. Price to Sales
Qiymət / Satış nisbəti. Xüsusilə AI şirkətlərində istifadə olunur.
30. EV / EBITDA
Şirkət qiymətləndirilməsində ən məşhur göstəricilərdən biri.
Ticarət Terminləri
31. Volume
Ticarət həcmi.
32. Average Daily Volume
Orta gündəlik həcm.
33. Liquidity
Alış-satış rahatlığı - bir səhmi qiymətinə ciddi təsir etmədən nə qədər asan alıb-sata biləcəyinizi göstərir. Likvidlik yüksək olduqda alıcı və satıcı çox olur, buna görə alış və satış sürətli və rahat baş verir. Likvidlik aşağı olduqda isə hətta kiçik həcmdə alış və ya satış belə qiyməti əhəmiyyətli dərəcədə dəyişə bilər.
34. Float
Sərbəst dövriyyədə olan səhmlər. Şirkətin bazarda sərbəst alınıb-satıla bilən səhmlərinin sayıdır. Rəhbərliyin, təsisçilərin və ya uzunmüddətli saxlanılan səhmlər float-a daxil edilmir. Float nə qədər az olarsa, qiymətin kəskin qalxıb-enmə ehtimalı bir o qədər yüksək olur.
35. Insider Ownership
Rəhbərliyin sahib olduğu səhmlər.
36. Institutional Ownership
Fondların sahib olduğu səhmlər.
37. Short Interest
Short satılmış səhmlərin faizi. Short Interest — qiymətin düşəcəyini gözləyərək borc alınıb satılan səhmlərin ümumi sayını və ya faizini göstərir. Short Interest nə qədər yüksək olarsa, həmin səhmdə short squeeze (qiymətin kəskin yüksəlməsi) ehtimalı bir o qədər artır. Məsələn, Short Interest 25%-dirsə, bu o deməkdir ki, sərbəst dövriyyədəki səhmlərin 25%-i short mövqedədir.
38. Short Float
Float-un neçə faizinin short olması. Short Float — şirkətin float (sərbəst dövriyyədə olan səhmləri) içərisində neçə faizinin short satıldığını göstərir. Bu göstərici nə qədər yüksək olarsa, short squeeze ehtimalı bir o qədər artır. Məsələn, Short Float = 20% deməkdir ki, bazarda sərbəst dövriyyədə olan səhmlərin 20%-i short mövqedədir.
39. Short Squeeze
Short satanların məcburi alış etməsi.
40. Margin Call
Broker tərəfindən əlavə təminat tələbi.
Bazar Psixologiyası
41. FOMO
Fear Of Missing Out. Fürsəti qaçırmaq qorxusu.
42. Panic Selling
Panik satışları.
43. Capitulation
İnvestorların ümidsizliklə kütləvi satış etməsi. Çox vaxt bazar diblərində görülür.
44. Dead Cat Bounce
Kəskin düşüşdən sonra qısa yüksəliş.
45. Blow-off Top
Son böyük yüksəliş. Çox vaxt bazar zirvəsində yaranır.
Wall Street Terminləri
46. Catalyst
Qiyməti dəyişdirəcək hadisə. Məsələn maliyyə hesabatı, AI müqaviləsi , FED qərarı.
47. Multiple Expansion
Şirkətin daha yüksək qiymətləndirilməsi. Mənfəət dəyişməsə belə səhm bahalaşa bilər.
48. Risk-On
İnvestorların riskli aktivlər alması.
49. Risk-Off
İnvestorların təhlükəsiz aktivlərə keçməsi.
50. Rotation
Pulun bir sektordan digərinə keçməsi. Məsələn Texnologiyadan Enerjiyə.
Fond bazarında istifadə olunan terminləri bilmək sadəcə nəzəri bilik deyil, daha düzgün qərarlar vermək üçün praktik üstünlükdür. Analitik hesabatları, maliyyə nəticələrini və bazar xəbərlərini başa düşmək bu anlayışlardan keçir. Bu anlayışları mənimsədikdən sonra Wall Street analitiklərinin hesabatlarını oxumaq, şirkətləri müqayisə etmək və bazarın gündəlik reaksiyalarını şərh etmək xeyli asanlaşır.








