İnstagram, TikTok və YouTube-da tez-tez eyni vizual formulaya rast gəlirik private jet, Lamborghini, Rolls-Royce, yaxta, milyon dollarlıq villa, Rolex və arxa planda “trading mənim həyatımı dəyişdi” mesajı. Problem ondadır ki, bu görüntülərin demək olar hamısını mülkiyyətə sahib olmadan kirayələmək mümkündür. Üstəlik bunun üçün xüsusi olaraq influencer və content creator-lara xidmət göstərən şirkətlər fəaliyyət göstərir. Ən maraqlı nümunələrdən biri Los-Ancelesdə fəaliyyət göstərən Lion Heart Lifestyle şirkətidir. Şirkətin ayrıca “Models & Influencers” xidməti var və influencerlərə fotosessiya üçün exotic cars, yachts və private jets təqdim edir
Atlanta-da fəaliyyət göstərən digər bir şirkət Milani Exotic Car Rental avtomobilləri xüsusi olaraq film, video və fotosessiyalar üçün kirayəyə verir. Hazırda şirkətin saytında göstərilən nümunələr arasında qiymətlər təxminən belə dəyişir:
Lamborghini Huracán Evo — $299/saat
Lamborghini Aventador S — $500/saat
Ferrari 488 Spider — $399/saat
Rolls-Royce Cullinan — $399/saat
Başqa bir şirkət Monarq Motors xidmətini birbaşa influencerlər üçün marketinq edir. Şirkət luxury avtomobillərin sosial mediada “success, lifestyle and prestige” vizual siqnalları yaratdığını izah edir və Ferrari və Lamborghini kimi avtomobillərin influencer content-i üçün istifadə edilməsini təklif edir. Şirkətin özü faktiki olaraq belə avtomobillərin uğur və status görüntüsü yaratdığını marketinq arqumenti kimi istifadə edir. Artıq private jet üçün hətta uçmağa ehtiyac yoxdur. Amerikada onlarla şirkət sizi rahat şəkildə şəxsi təyarəsi olan businesmen kimi görsədə bilir və bu tamami ilə qanuni xidmətdir. Ən ucuz xidmət paketində belə bir neçə saat ərzində təyyarənin qarşısında şəkil , pilləkənlə təyyarəyə qalxma videosu, salonda laptopla işləmə görüntüsü , champagne/coffee fotosu , pəncərədən baxış və “business trip” videosu çəkmək mümkündür. Sonra bunların hər biri ayrı-ayrı günlərdə paylaşılır. İzləyiciyə isə sanki həmin şəxs mütəmadi olaraq private jet istifadə edir təsiri bağışlaya bilər.
Yaxta görüntülərinin də ayrıca content sənayesi var.
Miami-də Miami Dream Life Yachts bunu daha açıq şəkildə təklif edir. Şirkətin ayrıca Social Media Content Creation on Yachts xidməti mövcuddur və xidmətin xüsusi olaraq influencers, brands və guests üçün hazırlandığını yazır. Paketə cinematic video, drone görüntüləri, lifestyle photography və Instagram Reels/TikTok tipli content daxil edilə bilir. Digər Miami şirkəti Feeling Yachty də professional photographer və videographer vasitəsilə Instagram Reels, YouTube Shorts və TikTok üçün “luxury lifestyle content” hazırlanmasını təklif edir.
Milyon dollarlıq villa da almağa ehtiyac yoxdur
Bu sistem yalnız avtomobil və ya nəqliyyat vasitələri ilə məhdudlaşmır. KEY Content Homes şirkəti xüsusi olaraq creators, influencers, brands and agencies üçün premium evlər təqdim edir. Məqsəd həmin məkanlarda yüksək səviyyəli content istehsal etməkdir. Miami-də Think Global Media Group / Global Filmz isə birbaşa “Social Media Content Creator Mansion & Villa Estate Rentals” xidməti təklif edir. Yəni mansion və luxury estate-lər influencer content-i üçün kirayələnir. Giggster və Peerspace kimi daha böyük platformalarda isə content creator-lar saatlıq məkan kirayələyə bilirlər. Məsələn, Giggster-in San Antonio influencer məkanlarında qiymətlər hazırda təxminən $20-dan $1,235/saata qədər dəyişir. Qiymət dəyişimi villanın böyüklüyündən və yerləşmə yerindən asılı olur. Beləliklə ABŞ-da bir influencer minimum 1000-1500$ xərc ilə Ferrari, villa, bir neçə saat professional photographer , ayrıca designer və rental kombinasiyası ilə bir gündə kifayət qədər böyük “millionaire lifestyle” content yarada bilər.
Rolex belə kirayələnir
Artıq Luxury watch rental biznesi də realdır. Məsələn Watch Lending Club yüksək səviyyəli saatları almaq əvəzinə kirayələməyə imkan verir. Şirkət hətta korporativ müştərilər üçün saatların movie shoot və müştərilər qarşısında impression yaratmaq məqsədilə istifadə edilə biləcəyini reklam edir. Tarixən bu biznes modelinin ən məşhur nümunələrindən biri Eleven James olub. Forbes 2017-ci ildə şirkətin sahib olduğu Rolex və digər premium saatların almaq əvəzinə rental modeli ilə istifadəsini təklif etdiyini və bundan milyonlar qazanıldığını yazırdı.
Saxta izləyici və nüfuzu da pulnan almaq mümkündür
2024-cü ildən etibarən burada məsələ daha ciddi olub. Nəzarət gücləndirilib və bəzi xidmətlər məqamından asılı olaraq qanunla qadağan edilib.Buna səbəb bəzi şirkətlərin təkilf etdiyi bu xidmətdən birbaşa dələduzluqda istifadə edilib insanların pulunu mənimsənilmsi olub. ABŞ Federal Trade Commission ( FTC ) Devumi adlı şirkətə qarşı rəsmi iş aparıb. Devumi müxtəlif platformalarda fake followers, fake, subscribers, fake views, fake likes satırdı. FTC-nin məlumatına görə şirkətin müştəriləri arasında hətta investment professionals və financial-services şirkətləri də olub. FTC bildirirdi ki, Devumibir neçə saat ərzində 58,000-dən çox fake Twitter follower sifarişini yerinə yetirmişdi. Devumi işi xüsusilə vacibdir, çünki bu, FTC-nin fake social-media influence göstəricilərinin satışı ilə bağlı ilk işi idi. Daha sonra ABŞ qaydaları daha da sərtləşdirildi. 2024-cü ildə FTC-nin qəbul etdiyi final rule kommersiya məqsədilə şəxsin və ya biznesin real təsir gücünü yanlış göstərmək üçün bot və ya hijacked account vasitəsilə yaradılmış fake follower/view-ların alınmasını və satılmasını qadağan edib. Bu tip xidmətlərdə ən təhlükəli vəziyyət bunların maliyyə məhsulu satışı ilə birləşdirilməsidir.
“Uğurlu trader-lər , az iş görüb çox qazananlar , trading guru, trading coach-lar, yol göstərənlər, həvəsə gətirənlər ” probleminin nəticələri
Burada artıq sadəcə nəzəriyyədən danışmayacayıq. ABŞ SEC 2022-ci ildə səkkiz social-media influencer-i $100 milyonluq stock-manipulation scheme ilə ittiham etmişdi. SEC-in iddiasına görə onlar Tik-Tok , İnstagram , Twitter və Discord-da böyük auditoriyalar yaradaraq səhmləri izləyicilərinə təqdim edir, özlərinin də həmin səhmləri aldıqları görüntüsünü yaradır, sonra isə izləyicilər alış etdikcə öz mövqelərini satırdılar. Bu, classic pump-and-dump modelinin social-media versiyasıdır. Yəni izləyicinin çoxluğundan istifadə edirsən ucuz və tanınımayan bir səhm alırsan bunu milyonlarla izləyiciyə nümayiş etdirirsən . İzləyicilər aldıqda səhm qiyməti qalxır və bir nöqtədə aldığıvı daha baha qiymətə satırsan. Buna bir neçə real nümunə göstərmək üçün ilk olaraq İnstagram və Tik-Tok fenomeni Jebara Igbara-dan başlaya bilərik.
Jebara Igbara Instagram-da “Jay Mazini” adı ilə tanınırdı. Onun videolarında insanlara böyük miqdarda cash verdiyi görüntülər yayımlanırdı və bunun üzərindən zəngin və uğurlu entrepreneur/crypto investor personası formalaşdırılmışdı. Amma ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə arxa planda başqa mənzərə var idi. DOJ bildirir ki, Igbara sosial-media personasından istifadə edərək investorların etibarını qazandı və müxtəlif fraud schemes vasitəsilə ən azı $8 milyon əldə etdi. 2024-cü ildə ona 7 il həbs cəzası verildi və $10 milyon cərimə qərarı çıxarıldı. IRS-CI iş barədə deyirdi ki, o, özünü internetdə varlı crypto investor kimi göstərən saxta online presence yaratmış və bunu potensial investorlar üçün uğur sübutu kimi istifadə etmişdi. Bu, bizə bir daha göstərir ki , İnsanlar əvvəl nəticəni yox, görüntünü görür. Görüntü isə etibar yaradır. Etibar yarandıqdan sonra məhsul satılır.
İkinici nümunəni isə elə öz yaşadığım Texas ştatından göstərək.
Houstonda yaşayan Kelvin Ramirez özünü Instagram-da uğurlu forex trader kimi təqdim edirdi. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə Ramirez Instagram hesablarından istifadə edərək investorları “investment groups” və idarə etdiyi forex “private accounts”lara cəlb edirdi. O, yüksək gəlirlər və aşağı və ya sıfıra yaxın risk haqqında yanlış iddialar verirdi. Nəticədə 100-dən çox insandan $650,000-dan artıq pul əldə etdi və investor vəsaitlərinin bir hissəsini şəxsi xərclərə yönəltdi. Ramirez wire fraud üzrə günahını etiraf edib və bir neçə illik azadlıqdan məhrum edilib.
Bu caselərin artıq bir adlandırlıması da var. Söhbət Tik-Tok + Instagram + forex + uğurlu trader personası + investor solicitation kombinasiyasından gedir. Bu sahədə ən çox istifadə olunan sosila şəbəkə Tik-Tok və Instagram hesab edilir. Sonraki mərhələ isə artıq məhsulun satılaraq real pulların qazanıldğı özəl kanal imkanları yaradan Discord, Telegram və s. sosial platformalara keçidlə davam edir.
Bu qazancın psixologiyası
Bu tip qazanclarda əslində bir psixoloji satış zənciri qurulur ki, buna 1. Attention ( Diqqət cəlb etmə- Lamborghini, jet, yacht, mansion ) , 2. Social proof ( Sosial status sübutu - 500K followers , viral videos və minlərlə like) , 3. Authority ( Şəxsini (özünü) uğur müəllifi kimi reklam etməsi - “Professional Trader” , “Crypto Investor” , “Self-made millionaire”) , 4. Aspiration ( Həvəsləndirmə - “Mən bunu 25 yaşımda etdim. Sən də et gecikirsən”) , 5. Pain ( Psixoloji təziq - “9-dan-5-ə işləyərək heç vaxt azad olmayacaqsan.” , “maaşla milyonçu olmurlar “, “ risk etməsən qazanmazsan “ və s. bu tip həqqiəti əks etdirən sözlərdən qəsdən manupilativ istifadə edərək məsulu almaq üçün psixoloji edilən təziq ) , 6. Solution ( Həll yolun göstərmək - “My strategy changed my life.” - “Mənim strategiyam həyatımı dəyişdi, səndə istifadə elə , sən də qazan “, “ Heçnə düşündüyün qədər çətin deyil-sadicə addım at və yoxla ) , 7. Monetization ( Məhşurluğu və məhsulu pula çevirmək - $49 Discord abunəliyi , $299 kurs , aylıq $1,000 mentorship
, endirim linki , hesabın 10-15% xidmət haqqı ilə idarə olunması (managed account) və digər pul qazanmaq təklifi verən reklamlar)
Burda diqqət etməli olduğumuz ən önəmli məqam odur ki gördüyünüz Lamborghini qazanc deyil həmin Lamborghini satış alətidir. İnsan əslində pul qazanıb maşın almır - Sənin diqqətini alır ki, sonra səndən qazandığı ilə maşın alsın. Yekunda həmin diqqətdən istifadə edərək sənə başqa məhsul satılır.
Dubay, Miami , LasVegas , NewYork kimi lüks həyat tərzi ilə assosiasiya olunan şəhərlər saxta uğur görüntüsü yaratmaq istəyən şəxslər üçün ideal vizual fon yaradır. Bir neçə günlük səfər zamanı kirayə edilmiş supercar, villa, yacht və digər premium xidmətlərdən istifadə etməklə aylarla paylaşılacaq “millionaire lifestyle” content hazırlamaq mümkündür. Xarici ölkədə çəkilən bu görüntülərin arxasındakı mülkiyyət sahibini adi izləyicinin yoxlaması da demək olar ki münkünsüzdü. Nəticədə sosial mediada gördüyümüz bahalı avtomobil, private jet, yaxta, villa və yüz minlərlə izləyici heç vaxt həmin şəxsin real maliyyə uğurunun sübutu hesab edilməməlidir. Bəzən bütün bu görüntülər sadəcə etibar yaratmaq və sonrakı mərhələdə kurs, siqnal, üzvlük və ya investisiya məhsulu satmaq üçün qurulan marketinq strategiyasının bir hissəsidir. Əsl uğurlu traderi göstərdiyi həyat tərzi deyil, uzunmüddətli və yoxlanıla bilən nəticələri müəyyən edir. Ona görə də sosial mediada “mənim kimi yaşamaq istəyirsənsə, mənim kimi trade et” mesajını görəndə Lamborghini-yə yox, sübut edilə bilən nəticələrə baxın.








