Rocket Lab nədir və niyə bu qədər vacibdir ?
2006-cı ildə Yeni Zelandiyalı mühəndis Peter Beck tərəfindən yaradılmış Rocket Lab, bu gün artıq təkcə raket buraxan bir startap deyil – o, tam funksiyalı bir kosmos texnologiyaları şirkətidir.
Şirkətin baş ofisi Kaliforniyanın Long Beach şəhərində yerləşir. Əməliyyat sahələri Yeni Zelandiya, ABŞ, Kanada və Avstraliya kimi fərqli coğrafiyaları əhatə edir. Əməkdaş sayı 2025-ci ildə 2600 nəfərə çatıb.
Əsas məhsulları:
Electron raketi – kiçik peyklər üçün dünyada ən çevik buraxılış sistemlərindən biridir.
Photon peyk platforması – təkcə orbitə çıxmaq yox, kosmosda qalmaq və fəaliyyət göstərmək üçün hazırlanıb.
Neutron – yaxın illərdə şirkətin əsas gəlir mənbəyinə çevriləcək, orta çəkili, təkrar istifadə edilə bilən raketdir.
Star tracker-lər, reaksiya təkərləri, günəş panelləri, rabitə sistemləri və avionika avadanlıqları da Rocket Labin məhsullarıdır.
Məqsəd: Kosmosa çıxmağı sürətləndirmək, ucuzlaşdırmaq və hər kəs üçün əlçatan etməkdir.
2025-ci ildə Maliyyə Vəziyyəti və Bazar Etimadı
Q1 2025 gəliri: $122.6 milyon (illik artım: +32%)
Nağd vəsait ehtiyatı: $430 milyon
1 səhmdə GAAP zərəri: $0.12
Səhm qiyməti artımı: 164% (Q2-də $14.71-dən $38.88-ə)
Q2 proqnozu: Gəlir – $130–140M, Mənfəət marjası – 30–32%, EBITDA zərəri – $28–30M
Ən önəmlisi: Rocket Lab əsasən gələcək üçün investisiya edərək inkişaf edir. Əgər Neutron raketi olmasaydı, şirkət artıq mənfəətli olardı.
Analitiklər nə deyir?
Stifel, KeyBanc, Citi kimi qurumlar “Al” tövsiyəsini qoruyur.
Neutron-un uğurlu debütü bazarda gözləntiləri daha da artırıb.
Electron – Raketi Yalnız Orbitə Yox, Liderliyə Daşıyan Texnologiyadır
Electron – Rocket Lab-ın ilk uğur hekayəsidir. Sadə dillə desək, bu raket kiçik peyklərin “Uber” xidmətidir.
Electron haqqında real tarixi hesabat:
50+ buraxılış – kosmosda etibarlı reputasiya;
2024 Q3 – 12 buraxılış, illik rekord;
Müqavilədən buraxılışa qədər – 10 həftəyə tam icra;
Xidmət qiymətində 60% artım – artan tələb və yüksək keyfiyyətin göstəricisi;
Electron-un versiyaları:
HASTE – hipersəs testləri üçün.
CAPSTONE – NASA-nın Ay missiyası üçün.
Taktiki hərbi layihələr – ABŞ hökuməti ilə birgə lahiyələr.
Bu raket Rocket Lab-a milyard dollarlıq bazar payı qazandırıb.
Photon Platforması və Kosmos Sistemləri
Rocket Lab 2020-dən sonra tək raket buraxmaqla kifayətlənməyib. Photon platforması ilə artıq orbitdə işləyən peyklər istehsal edib.
İstehsal etdiyi peyklər :
Varda üçün əczaçılıq istehsalı peykləri
NASA üçün ESCAPADE Mars missiyası
Globalstar və Viasat üçün kommunikasiya peykləri
Kosmos Sistemləri indi şirkətin gəlirinin 80%-ni təşkil edir.
Əldə etdiyi texnologiyalar:
Sinclair Interplanetary – reaksiya təkərləri və naviqasiya
SolAero Holdings – günəş panelləri istehsalı
Planetary Systems – ayrılma mexanizmləri
Bu satınalmalar sayəsində Rocket Lab peykin hər detalını artıq özü istehsal edə bilir.
Neutron – Böyük Oyuna Giriş
Neutron raketi Rocket Lab-ın ən böyük layihəsidir.
Niyə vacibdir?
Çünki SpaceX orta daşıma bazarında demək olar ki, təkdir .Neutron bu bazarı “monopoliya”dan çıxarmaq üçün əsas namizəddir.
Texniki Detallar:
2 mərhələli, təkrar istifadə oluna bilən roketdir.
Metan və oksigen yanacağı ilə işləyir.
Unikal fairing dizaynı (“Hungry Hippo”) və “Archimedes” mühərrikə sahib bir roketdir.
Buraxılış Təqvimi:
2025-ci ilin ikinci yarısı.
FCC-dən ilk uçuş üçün lisenziya alınıb.
ABŞ Hərbi Hava Qüvvələri ilə artıq 5 milyon dollarlıq müqavilə də bağlanıb.
Neutron-un uğuru Rocket Lab-ı milyard dollarlıq hökumət missiyalarına aparacaq.
Partnyorluqlar və Bazarda Əlverişli Mövqe
NASA, Varda, ABŞ Kosmik Qüvvələri – etibarlı müştərilər.
Photon vasitəsilə yeni sifarişlər – Globalstar, Viasat və s.
Bollinger Shipyards ilə dənizdə eniş platforması hazırlanır.
Satınalmalarla texnoloji üstünlük gücləndirilib.
Rocket Lab təkcə texnologiya ilə yox, strateji addımlarla da fərqlənir.
Real görünən Uzunmüddətli Potensial
Rocket Lab artıq sadəcə “startap” deyil. Öz raketini özü istehsal edir və peyk istehsalı və idarəsi sahəsində müştəriyə tam xidmət təqdim edir. Strateji tərəfdaşlıqlarla etibar qazanır və yeni texnologiyalara inteqrasiya ilə xərcləri azaldır.
2026-cı ildən etibarən - təxminən Neutron-un buraxılışından 2 rüb sonra şirkətin stabil mənfəətə keçəcəyi proqnozlaşdırılır.
Bu da o deməkdir ki, hazırda gördüyümüz mənfi gəlir hesabatı müvəqətidir. Əgər Neutron uğurla uçarsa, RKLB bu onilliyin ən sürpriz yüksələn texnoloji şirkətlərindən biri ola bilər.
Əgər siz kosmos texnologiyalarına, aerokosmik sənayeyə və uzunmüddətli innovasiyalara inanırsınızsa, Rocket Lab diqqətlə izlənməli şirkətlər sırasındadır.
Bu yazını faydalı və gələcəyin sərmayəsini müəyyən etməkdə başqalarına da kömək edəcək bir yazı hesab edirsizsə o zaman paylaşın ki başqaları da məlumatlansın.