Intel: AI Yarışının Gözlənilməyən Qalibi Ola Bilərmi?
Son iki ildə süni intellekt bazarında ən böyük qaliblər demək olar ki, hamıya məlumdur. Nvidia, TSMC və digər AI nəhəngləri trilyonlarla dollar bazar dəyəri qazandılar. Buna qarşılıq Intel uzun müddət bazarın diqqətindən kənarda qaldı. İnvestorların əksəriyyəti şirkəti gecikmiş texnologiyalar, yüksək xərclər və uğursuz Foundry strategiyası ilə əlaqələndirirdi. Lakin son aylarda Intel haqqında dərc olunan araşdırmalar tamamilə fərqli mənzərə ortaya qoyur. Dörd yüz fərqli fundamental analiz eyni nəticəyə gəlir - Intel artıq sadəcə köhnə CPU istehsalçısı deyil. Şirkət AI infrastrukturunun bir neçə vacib hissəsində eyni vaxtda mövqe tutmağa başlayıb və bu, uzunmüddətli perspektivdə bazarın gözlədiyindən daha böyük imkan yarada bilər.
AI bazarı artıq dəyişir
İndiyə qədər AI investisiyalarının əsas hissəsi modellərin öyrədilməsinə (training) yönəlirdi. Bu mərhələdə ən böyük qazanan Nvidia oldu, çünki milyonlarla GPU məhz model təlimi üçün istifadə edilirdi. Lakin AI sənayesi artıq növbəti mərhələyə keçir. İndi əsas məsələ modeli yaratmaq deyil, onu milyonlarla istifadəçinin hər gün istifadə edə biləcəyi şəkildə işlətməkdir. Bu mərhələ AI Inference adlanır. Bir neçə müstəqil araşdırmaya görə AI sisteminin ümumi dövrü xərclərinin 80–90%-i Inference mərhələsində formalaşacaq. 2023-cü ildə Inference AI hesablamalarının təxminən üçdə birini təşkil edirdisə, 2026-cı ildə bu göstəricinin üçdə ikiyə çatacağı gözlənilir. AI Inference bazarının həcminin 2030-cu ilə qədər 250 milyard dolları keçəcəyi proqnozlaşdırılır. Bu dəyişiklik Intel üçün olduqca vacibdir.
AI yalnız GPU deyil
Bazarın ən böyük yanlış təsəvvürlərindən biri AI infrastrukturunun yalnız GPU-lardan ibarət olmasıdır. Əslində AI sistemi bir neçə təbəqədən ibarətdir:
CPU
GPU
xüsusi AI ASIC-ləri
şəbəkə infrastrukturu
yaddaş
storage
advanced packaging
proqram platformaları
GPU yalnız hesablamanı həyata keçirir. Bütün sistemi idarə edən, məlumat axınını təşkil edən, API sorğularını emal edən, verilənlər bazası ilə işləyən və AI agentlərini koordinasiya edən hissə isə əsasən CPU-lardır. TrendForce-un araşdırmasına görə Klassik LLM modellərində CPU : GPU nisbəti təxminən 20 : 80 idi. Yeni Agentic AI sistemlərində bu nisbət artıq 50 : 50 səviyyəsinə yaxınlaşır. Bu isə Intel üçün tamamilə yeni bazar yaradır.
Xeon yenidən səhnəyə qayıdır
Intel-in əsas üstünlüyü məhz burada başlayır. Şirkətin Xeon 6 server prosessorları Inference sistemləri üçün optimallaşdırılıb. Onlar məlumatların hazırlanması, AI orkestrasiyası, API sorğuları, tokenləşdirmə, fraud detection, recommendation sistemləri, bulud infrastrukturu kimi proseslərdə istifadə olunur. Google Cloud artıq Xeon platformasından istifadə edir. Amazon AWS Intel 3 texnologiyası üzərində hazırlanmış xüsusi Xeon məhsulları sifariş edib. Bundan əlavə Intel yeni Xeon 6+ seriyasını təqdim edib və bu məhsullar artıq 18A istehsal texnologiyası ilə hazırlanır.
Intel yalnız CPU satmır
Ən maraqlı dəyişikliklərdən biri Intel-in biznes modelində baş verir. Şirkət gələcəkdə gəlirlərini yalnız prosessor satışından əldə etmək istəmir. Intel artıq eyni anda aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
Server CPU
AI ASIC dizaynı
Foundry xidmətləri
Advanced Packaging
Networking
AI proqram platformaları
Bu isə gələcəkdə gəlirlərin daha sabit və müxtəlif mənbələrdən formalaşmasına səbəb ola bilər.
Advanced Packaging gələcəyin ən vacib biznesi ola bilər
Analitiklərin ən çox diqqət çəkdiyi mövzulardan biri Intel-in EMIB-T və Glass Substrate texnologiyalarıdır. Əvvəllər bazar yalnız çiplərin istehsalına diqqət yetirirdi. Lakin AI çipləri böyüdükcə onları düzgün paketləmək daha vacib hala gəlir. Yeni nəsil AI çipləri daha çox enerji tələb edir, daha çox istilik yaradır, daha yüksək siqnal sıxlığına malikdir. Bunların hamısını idarə etmək üçün yeni paketləmə texnologiyalarına ehtiyac yaranır. Intel bu sahədə çox erkən mövqe tutmağa çalışır. Şirkət Lens Technology ilə əməkdaşlığa başlayıb. EMIB-T sifarişləri sürətlə artır. Hətta Nvidia və TSMC-nin də gələcəkdə oxşar texnologiyalara ehtiyac duyacağı gözlənilir. Əgər Intel bu bazarda standartlardan birinə çevrilə bilsə, şirkət AI sənayesində yüksək marjalı infrastruktur təminatçısına çevrilə bilər.
Foundry hələ problem olaraq qalır
Hazırda Intel Foundry biznesi zərərlə işləyir. Lakin son rübdə vəziyyət əvvəlki dövrlərlə müqayisədə xeyli yaxşılaşıb - zərər azalıb, istehsal məhsuldarlığı yüksəlib , 18A texnologiyası planı qabaqlayır və istehsal xərcləri azalır. Analitiklərin əksəriyyəti hesab edir ki, Intel-in əsas investisiya tezisi Foundry uğurundan asılı deyil. Əgər məhsul biznesi inkişaf etməyə davam etsə, Foundry sonradan əlavə bonus rolunu oynaya bilər.
18A texnologiyası dönüş nöqtəsinə çevrilə bilər
Intel uzun illər istehsal problemləri yaşayırdı. Lakin son hesabat göstərir ki , 18A istehsalı planı üstələyib, Panther Lake çiplərinin istehsal xərci ilin əvvəlindən təxminən 50% azalıb, əlavə 20% xərc azalması hədəflənir və 14A texnologiyası da qrafik üzrə inkişaf edir. İstehsal xərclərinin azalması gələcəkdə mənfəət marjasının əhəmiyyətli şəkildə artmasına səbəb ola bilər.
Maliyyə göstəriciləri də yaxşılaşır
Intel-in son rüb nəticələri də bu dəyişiklikləri təsdiqləyir. Şirkət gəlirlərini 25%-dən çox artırıb , ümumi mənfəət marjasını 41.8%-ə çatdırıb , Data Center & AI gəlirlərini 59% artırıb, AI ilə əlaqəli bizneslərin payını ümumi gəlirin təxminən 70%-nə yüksəldib və əməliyyat pul axınında ( Cash Flow) 7 milyard dollar yaradıb. Rəhbərlik hesab edir ki, Data Center biznesi qarşıdakı illərdə ikirəqəmli artım tempini qoruyacaq.
Risklər də az deyil
Bütün müsbət tərəflərə baxmayaraq, Intel qarşısında ciddi risklər qalır.
Əsas risklər bunlardır:
Nvidia-nın GPU bazarındakı üstünlüyü;
AMD EPYC prosessorlarının rəqabəti;
yüksək kapital xərcləri;
Foundry biznesinin hələ də zərərlə işləməsi;
ARM əsaslı serverlərin bazar payını artırması;
geosiyasi risklər və təchizat zəncirində mümkün problemlər.
Bundan əlavə, Intel 2026 və 2027-ci illərdə on milyardlarla dollar investisiya etməyə davam edəcək ki, bu da sərbəst pul axınının tam bərpasını bir qədər gecikdirə bilər. Son aylarda Intel haqqında dərc olunan müxtəlif fundamental araşdırmaların ortaq nəticəsi olduqca maraqlıdır. Şirkətin gələcəyi artıq yalnız CPU satışından və ya Nvidia ilə GPU rəqabətindən asılı deyil. Intel AI ekosistemində eyni vaxtda bir neçə kritik istiqamətdə mövqeyini gücləndirir ki , bunlara server prosessorları, inferensiya (Inference) infrastrukturu, xüsusi AI çipləri, advanced packaging, proqram platformaları və gələcəyin Foundry biznesi daxildir. Əgər AI bazarı həqiqətən training mərhələsindən inferensiya mərhələsinə keçərsə və Intel 18A texnologiyası ilə istehsal səmərəliliyini artırmağa davam edərsə, şirkət qarşıdakı illərdə AI infrastrukturunun ən vacib oyunçularından birinə çevrilə bilər. Bu ssenaridə Intel-in ən böyük üstünlüyü Nvidia-nı əvəz etmək deyil, AI sistemlərinin işləməsi üçün zəruri olan infrastrukturun bir neçə vacib hissəsini eyni vaxtda təmin edən şirkətə çevrilməsidir. Məhz bu səbəbdən analitiklərin əhəmiyyətli hissəsi Intel-in AI dövrünün gözlənilməyən qaliblərindən biri ola biləcəyini düşünür.
Bundan əlavə, Intel ABŞ üçün strateji və dövlət əhəmiyyətli xüsusi mövqeyə malikdir. Şirkətin əsas missiyalarından biri Amerikanın qabaqcıl çip istehsalında TSMC kimi xarici şirkətlərdən asılılığını azaltmaqdır. Bu istiqamətdə ABŞ-ın ən böyük ümidlərindən biri məhz Intel hesab olunur. Intel-in ABŞ üçün milli strateji əhəmiyyəti hökumətin şirkətə yönəltdiyi təxminən 10 milyard dollarlıq dəstək və investisiya paketində də açıq şəkildə göründü. Bu, ABŞ dövlətinin kritik dövrlərdə Intel-i dəstəkləyəcəyinə, şirkətin inkişafını sürətləndirməyə və ölkənin TSMC-dən asılılığını azaltmağa çalışacağına dair inamı gücləndirir.
Bütün bu proseslər Intel səhmlərinin növbəti 12 ay ərzində yenidən ən azı 120 dollar səviyyəsini keçməsi, hətta yeni rekord göstəricilərə yüksəlməsi ehtimalını artırır. Bu baxımdan, daha qısa təxminən üç aylıq dövrdə isə səhmin hazırkı qiymətindən minimum 10–15% daha yüksək səviyyədə olacağını gözləmək mümkündür.
Cari qiymət: $89.21
Proqnoz (≤3 ay): $100 (+10%)




