Reklamın Gücü: Uğur və İflas
American Eagle Sydney Sweeney ilə zirvəyə qalxdı, Jaguar isə “Copy Nothing” ilə tarixinin ən böyük böhranını yaşadı.
Yəqin ki, son günlər American Eagle’s satışlarının necə sürətnən artdığını və səhmlərinin son 1 ayda 58% yüksəldiyini bilirsiniz. Buna səbəb qalmaqallı və əslində şirkət üçün çox uğurlu sayılacaq sonuncu reklam olub.
Belə ki, məhşur ulduz Sydney Sweeney-nin “Great Jeans” kampaniyası çox böyük səs-küy yaradıb. Kampaniya ətrafında yaranan mübahisələr (xüsusən də söz oyunu: genes və jeans) satışları artırıb. Bu reklam 40 milyarddan çox baxış və 700,000 yeni müştəri gətirib. Reklam qaradərili insanların kəskin etirazına səbəb olub və bir çox yerdə hətta aqressiv etirazlarla qarşılanıb. Məhkəmələrə şikayət olunub və American Eagle’s-ın dərhal üzr istəməsi tələb olunub. Çünki reklamdakı Jeans (paltar cins) sözü Genes (gen, cins) kimi qəbul olunub. Hər ikisi -cins- kimi tələffüz olunduğundan şirkət reklamda söz oyunu yaratmaqda ittiham olunub. Reklamın tərcüməsi belədir: “Sydney Sweeney-nin möhtəşəm Jinsi (Geni) var!”. Lakin American Eagle’s bütün narazılıqlara baxmayaraq geri addım atmayıb və sona qədər reklamını dəyişməyib. Rəsmi saytında hələ də əsas reklam olaraq qalır. Nəticədə şirkət qaradərili müştəri kütləsini itirsə də, gözlənilmədən ağdərili müştəriləri və satışı artıb. Bu kampaniyadan sonra “Sydney Jacket” və “Sydney Jean” kimi məhsullar tezliklə tükənib, rekord satışlar əldə olunub. Bu reklamdan sonra şirkətin gəliri 800 milyon dolları keçib.
Belə uğurlu reklamın əksi keçən il Jaguar-ın başına gəlib. Müştərilərinin əksəriyyəti ağ dərili pullu insanlar olan Jaguar keçən il rebranding edərək reklamında qaradərili LGBTQ üzvlərinin olduğu bir rebranding edib. Nəticədə müştərilərinin 96%-ni itirib.
Mübahisəli rebrendinqə səbəb 2024-cü ilin noyabrında Jaguar “Copy Nothing” adlı yeni reklam kampaniyasını başlatması olub. Burada qeyri-adi vizuallar, “Live Vivid”, “Delete Ordinary” kimi şüarlar istifadə olundu və heç bir avtomobil göstərilmədi. Reklam ciddi tənqidlərə səbəb oldu – bəziləri bunu “woke marketinq” adlandırdı və “Bud Light 2.0” ilə müqayisə etdi. Elon Musk da bu reklamı açıq şəkildə ələ saldı. Nəticədə Jaguar maşınlarını sifariş verən müştərilər sifarişlərini ləğv etdi, həmin ərəfədə şirkətin maşın istehsalı da dayandı, ardınca 35 il şirkətdə çalışan CEO Adrian Mardell 2025-ci ilin avqustunda istefa verdiyini elan etdi. Bu istefa onun 35 illik karyerasını uğursuz şəkildə bitirdi.
Bəzən bir reklam hər şeyi dəyişir !