"Oyunda qal" (Stay in the game)
Warren Buffett varidatının təxminən 99%-ni 50 yaşdan sonra qazanıb, hətta daha dəqiq desək, varidatının 95%-dən çoxunu 65 yaşdan sonra əldə edib.
İnvestistya etməyə isə 11 yaşından başlayıb. Oyunda qal" (Stay in the game) ifadəsi Warren Buffett-ə aid deyilən məşhur bir sözdü ( özünün dediyi sitat deyil - insanlar onun haqqında deyirlər ) , bu ifadə onun uzunmüddətli investisiya fəlsəfəsini əks etdirir.
Buffett-in maraqlı Sitatları:
Pul Haqqında.
- Fond bazarı səbirli insanlara səbirsiz insanlardan pul köçürən bir mexanizmdir. - Risk, nə etdiyinizi bilməyəndə yaranır (Təhlilsiz və araşdırmasız yatırımın riskli olduğunu bildirir)
- Yalnız dəniz çəkiləndə kiminsə çılpaq üzgüçü olduğu bilinir. (Pis iqtisadi şərait kimlərin hazırlıqsız olduğunu üzə çıxardır - Ehtiyat pulunun olmaması mənasında (Emergency Fund )
Həyat Haqqında:
- Səbirli olmaq, ağıllı olmaqdan daha vacibdir
- Ən vacib investisiya, özünə etdiyindir.
- Yaxşı insanlarla vaxt keçirmək sənə yol göstərəcək. Əksi ya yolunu azdıracaq ya da uzadacaq.
-Sadə qaydaları olan və onlara ciddi əməl edən insanlar daha çox uğur qazanır. (Discipline)
Warren Buffett, “Omaha kahini” olaraq tanınır və tarixdəki ən uğurlu investorlardan biridir. Onun ofisində hələ də görəcəyiniz yeganə sertifikat Dale Carnegie-nin danışıq kursunu bitirməsi haqqında olan sertifikatdır — nə Columbia universitetinin, nə də Nebraska universitetinin diplomlarını asmayıb. Çünki 20 yaşlarında Buffett ictimaət içində danışmaqdan çox qorxurdu — özünü təqdim etmək belə onu panikaya salırdı ( panic attack ) .
Bu qorxunu aşmaq üçün o, Dale Carnegie-nin danışıq kursuna yazıldı və bunu özünün ən böyük uğuru kimi qəbul elədi.