OpenAI-dən qovulan gənc tədqiqatçı necə milyardlarla dollar idarə edən investora çevrildi?
AI dünyasının "Qovulmuş" Dahisi - 22 Yaşlı Gəncin 5 Milyard Dollarlıq İntiqamı
Wall Street Maliyyə dünyası və Silicon Valley nadir hallarda bu qədər sürətli bir yüksəlişin şahidi olur.
Leopold Aschenbrenner (Aşenbrenner ) Almaniyada doğulub və çox erkən yaşdan akademik mühitdə diqqət çəkib.
Əsil hekayə 2021-ci ildə, Leopoldun cəmi 19 yaşında Columbia University-ni birinciliklə (Valedictorian) bitirməsi ilə başlayır. Universitetdə oxuduğu dövrdə iqtisadiyyat və statistika üzrə ixtisaslaşmış, həmçinin AI ilə əlaqəli tədqiqatlarda iştirak etmişdi. Economics və Math-Statistics üzrə nadir istedada malik olan bu gənc, karyerasını rəqəmlər üzərində deyil, bəşəriyyətin ən böyük texnoloji sıçrayışı olan Artificial Intelligence (AI) üzərində qurmağa qərar verir. O, Sam Altman-ın rəhbərlik etdiyi OpenAI-ın "Superalignment" komandasına qoşulur. Bu komandanın məqsədi çox iddialı idi. Komanda insandan daha ağıllı süni intellekt sistemlərini təhlükəsiz idarə edilməsi üzərində çalışırdı. Başqa sözlə, bu tədqiqatçılar gələcəkdə ortaya çıxa biləcək superintellektual AI sistemlərinin nəzarətdən çıxmaması üçün texnologiyalar üzərində işləyirdilər.
Lakin OpenAI-də onun fəaliyyəti uzun sürmədi. 2024-cü ilin aprel ayı Aschenbrenner üçün dönüş nöqtəsi oldu. O, OpenAI-dan qovuldu. Rəsmi səbəb kimi “leaking confidential information” (məxfi məlumatların sızdırılması) göstərilsə də, pərdəarxası məqamlar daha dərindir. Leopoldun iddiasına görə, o, şirkət daxilində AI safety (təhlükəsizlik) boşluqları və dövlət təhlükəsizliyi riskləri barədə şuraya xəbərdarlıq məktubu yazmışdı. Bu hadisədən bir ay sonra isə OpenAI-nin Superalignment komandası tamamilə ləğv edildi və komandanın bir neçə əsas üzvü şirkətdən ayrıldı.
Lakin olanlar onu sarsıtmaq əvəzinə, ona yeni bir yol açdı. İşdən çıxarıldıqdan qısa müddət sonra o, “Situational Awareness - The Decade Ahead”(Situasiyadan Xəbərdar Olma) adlı 165 səhifəlik məqalə yayımladı. Qısa zamanda viral olan bu məqalə sadəcə bir yazı deyil, gələcəyin iqtisadi yol xəritəsi idi. Məqalənin 165 səhifə olmasına baxmayaraq 1 ay içində minlərlə insan onu oxudu.
Aşenbrenner bu məqalədə iddia edirdi ki, 2027-ci ilə qədər Süni İntellekt insan zəkasına bərabər səviyyəyə (AGI) çatacaq və bu, dünyada görünməmiş bir enerji və hesablama gücü aclığı yaradacaq. Bu sənəd , AI sistemlərinin öz AI tədqiqatını avtomatlaşdıra biləcəyi və bunun texnoloji inkişafı sürətləndirərək “runaway superintelligence” (Nəzarətdən çıxacaq qədər sürətlə inkişaf edən superintellekt) yaradacağı haqqında çox iddialı proqnozlar verirdi.
Məqalə Silikon Vadisində və texnologiya mediasında böyük rezonans doğurdu. Bəzi ekspertlər onu “AI dövrünün peyğəmbəri” kimi qiymətləndirsə də, digərləri bunu həddindən artıq optimist hesab edirdi.
Aşenbrenner bu məqaləni sadəcə akademik fikir kimi təqdim etmədi. O, bu ideyaları bir investisiya strategiyasına çevirdi. Silikon Vadisinin nəhəngləri – Stripe-ın qurucuları Kollison qardaşları və investor Nat Fridman ona inandılar. Situational Awareness LP adlı fond yaradıldı. Fondun ilk kapitalı təxminən 225 milyon dollar idi və Silikon Vadisinin bir neçə tanınmış investorundan da maliyyə dəstəyi aldı.
Cəmi bir il əvvəl fondunda 383 milyon dollar olan Leopold, 2026-cı ilin əvvəlinə olan məlumata görə, 5.5 milyard dollarlıq bir portfeli idarə edir. Onun ticarət strategiyası klassik texnoloji investisiyalardan fərqlənir. O, sadəcə proqram təminatına deyil, AI-ı ayaqda saxlayacaq “fiziki dünyaya” investisiya edir.
Bu strategiya AI inqilabı baş verəcəksə, ən böyük qazancı onu dəstəkləyən infrastrukturu quran şirkətlər əldə edəcək ideyasına əsaslanırdı.
Aschenbrenner-in milyardlarla dollar sərmayə qoyduğu konkret şirkətlər, ticarət strategiyasında üstünlük verdiyi sektorlar və hazırda portfelində aktiv saxladığı səhmlər aşağıdakılardır.
Fondun əsas ticarət etdiyi sektor şirkətləri belə idi:
Enerji İnfrastrukturuna investisya - AI data mərkəzlərini qidalandırmaq üçün lazım olan yaşıl enerji və nüvə həlləri ( nuclear energy ) şirkətləri. Bəzən həttda enerji və elektrik istehsalı şirkətlərinə CAL optionları almaq.
Bitcoin Maynerləri: Güclü elektrik şəbəkələrinə malik olan və indi bu gücü AI-a yönəldən şirkətlər.
Çip Təchizatı: Hesablama gücü üçün lazım olan hər bir detal.
Bütövlükdə digər AI infrastruktur şirkətlərinə investisiya
Bu gün Wall Street analitikləri Leopold Aschenbrenner- i “yeni nəslin Rey Daliosu” və ya “AI dövrünün gənc mütəfəkkiri” kimi xarakterizə edirlər. Onun hekayəsi, texnoloji etikadan maliyyə imperiyasına uzanan nadir bir uğur yoludur.
OpenAI bəlkə də bir tədqiqatçını itirdi, lakin dünya iqtisadiyyatı gələcəyi hər kəsdən tez görən yeni bir oyunçu qazandı. Aşenbrennerin manifestində qeyd etdiyi kimi: “Məsələ AI-ın gəlib-gəlməyəcəyi deyil, bizim buna nə qədər hazır olduğumuzdur.”
Leopold Aschenbrenner-in hekayəsi hələ yeni başlayır. Onun proqnozlarının doğru çıxıb-çıxmayacağını isə yalnız gələcək göstərəcək. Əgər süni intellekt həqiqətən də onun iddia etdiyi kimi qlobal iqtisadiyyatı dəyişdirərsə, bu gənc tədqiqatçı tarixdə sadəcə investor kimi deyil, AI dövrünün ən erkən strateqlərindən biri kimi xatırlana bilər.



