NBIS: Gələcəyin IT İmperiyası
Süni intellekt, robotaksi, bulud infrastrukturunun bir araya gəldiyi gələcək – və bu, artıq başlayıb. Mən bu şirkətə niyə ciddi yanaşıram və sənin də niyə yaxından izləməyin xeyirlidir ?
2025-ci ilin ən diqqətçəkən investisiya imkanlarından biri hələ də bir çox investorun radarına düşməyib. Adı da bəlkə sənə tanış deyil: Nebius Group (NBIS). Amma bu şirkət, hazırda mənim portfelimdə ən böyük səhmdir – və indi izah edəcəm niyə.
Nebius-un Hekayəsi: Rusiyadan Qopub Texnoloji Qüvvəyə Çevrilmək
Nebius-un təməli Yandex-dən başlayır – "Rusiyanın Google-u" kimi tanınan bu texnoloji nəhəngin 30 milyard dollarlıq bir dövrü olub. Lakin 2022-ci ildə Rusiya Ukraynaya hücum edəndə, Yandex-in 2,000-dən çox mühəndisi işğala qarşı çıxaraq şirkətdən ayrılır.
Bu şəxslər tamamilə yeni, siyasi təsirlərdən uzaq, Qərbə yönəlmiş bir texnologiya şirkəti qururlar: Nebius Group.
Şirkət rəsmi olaraq 2024-cü ildə tam ayrılır, Hollandiya mərkəzli olur və idarə heyəti də Avropa və İsrail vətəndaşlarından ibarət olur.
Təsəvvür edin: etik duruş, yüksək səviyyəli mühəndislər və süni intellekt üçün sıfırdan qurulmuş bir şirkət – bu, bazarda nadir tapıntıdır.
NBIS Nə İlə Məşğuldur?
NBIS-in əsas iş sahəsi süni intellekt üçün yüksək performanslı bulud infrastrukturudur – və bu sahə həddindən artıq sürətlə böyüyür. Lakin NBIS sadəcə bir bulud şirkəti deyil.
Bu şirkətin strukturu belədir:
Nebius Cloud – AI infrastrukturu (NVIDIA H100, B200, Blackwell və s.)
Avride – Avtonom robotaksilər və çatdırılma robotları
Toloka – AI modelləri üçün məlumat etiketləmə platforması
TripleTen – Kodlaşdırma və IT üzrə onlayn təhsil platforması
ClickHouse – 28%-lik payla dünyanın ən sürətli verilənlər bazası texnologiyasına sahiblik
Bu bölmələrin hər biri ayrı-ayrılıqda milyard dollarlıq potensiala sahibdir.
Rəqəmlər Yalan Demir
Nebius, sadəcə ideya və texnologiya ilə yox, rəqəmlərlə də öz gücünü sübut edir:
2023-cü ildə ARR ( Annual Recurring Revenue - İllik Təkrarlanan Gəlir) : $21 milyon
2025-ci ilin martında ARR: $220 milyon
2025 sonu hədəfi: $750 milyon – $1 milyard
Nağd vəsait: $2.4 milyard
Kapital xərcləri: $1.5 milyard-a qədər (2025)
Borcu yoxdur
Uzunmüddətli EBITDA marjası: 30% hədəfi
Daha da təsirli olan: NVIDIA bu şirkətə artıq sərmayə qoyub. 2024-cü ilin dekabrında 700 milyon dollarlıq investisiyanın bir hissəsi NVIDIA, Accel, Orbis kimi iri oyunçulardan gəlib.
Qlobal Hədəflər və Genişlənmə
NBIS-in məqsədi sadəcə kod yazmaq və server işlətmək deyil – dünyanın AI enerjisini təmin etməkdir.
New Jersey – ABŞ-da 300 MW gücündə məlumat mərkəzi
Kansas City – AI GPU klasterləri
Finlandiya – 75 MW və ultra səmərəli enerji (PUE ~1.13)
Paris və İslandiya – yeni infrastruktur layihələri
Sinqapur – Asiyada genişlənmə
Hədəf: 2026-cı ilə qədər 1 GW GPU gücü.
Avride – Robotaksilər Artıq Yollardadır
Nebius-un qızıl yumurtası isə Avride ola bilər.
47,000-dən çox robotaksi səfəri
22 milyon km məsafə
200,000 çatdırılma
Tərəfdaşlar: Grubhub, Uber, Hyundai, Rakuten
Şirkətin dəyəri təxminən $4.1 milyard olaraq qiymətləndirilir.
Qiymətləndirmə: Hazırki Qiymət Aşağıdır?
Bütün şirkət və aktivlər nəzərə alındıqda NBIS-in real dəyəri 20–21 milyard dollar civarındadır.
Hazırkı bazar dəyəri: 10 milyard dollardan biraz çoxdur.
Aksiya sayı: 259 milyon → ədalətli qiymət (Fair Price ) hədəfi: $98+
Hazırda bazarda: ~$44
Bu 120%-dən çox yüksəliş potensialı deməkdir.
Məncə Gələcək Buradadır - NVIDIA kimi olmaq istəyən çoxdur, amma NBIS artıq NVIDIA ilə işləyir. AWS və GCP ilə rəqabət aparmaq asan deyil, amma NBIS şaquli inteqrasiya və AI üçün optimallaşdırma ilə fərqlənir . Yandex köklərindən ayrılıb və etik duruşu ilə Qərb investorlarının etimadını qazanır.
Əgər süni intellektin gələcəyinə inanırsansa, bu texnologiyanın arxasında duran infrastruktur oyunçularına da baxmalısan.
Nebius Group (NBIS) – adını yadda saxla. Bu səssiz yüksəlişin içində əsl fürsət ola bilər.