Marvell Technology (MRVL)
Morningstar-a görə, Fed faiz dərəcələrini azaltmazdan əvvəl alınmalı 5 səhm arasında Google və Nvidia ilə yanaşı Marvell də yer alır.
2025-ci ildə investorların diqqəti əsasən Nvidia və AMD üzərindədir. Amma səhnənin arxasında daha az səslə, lakin çox strateji şəkildə irəliləyən bir oyunçu var: Marvell Technology (MRVL).
Marvell-in yanaşması fərqlidir. O, bazara “ən güclü GPU” satmaqla deyil, bulud nəhənglərinin özünə məxsus ehtiyaclarına uyğun çip dizaynı və optik bağlantı texnologiyaları ilə dəyər qazanır.
Marvell-in portfeli 3 sütun üzərində qurulub:
Custom AI akseleratorları (ASIC/XPU) – hyperscaler müştərilər üçün xüsusi tikilmiş çiplər.
Optik bağlantı – 800G-dən 1.6T-ə qədər sürətlərdə PAM4 və koherent DSP texnologiyaları.
Ethernet və saxlanma – data mərkəzləri üçün switch, retimer və storage kontrollerlər.
2025-ci ilin avqust nəticələrinə görə Marvell-in gəliri $2 mlrd-u keçdi. Bu məbləğin 74%-i data mərkəzlərindən gəldi. Data mərkəzi gəlirləri isə illik +78% artdı.
CEO Matt Murphy
2016-cı ildən şirkətin rəhbəri olan Matt Murphy, Marvell-i tamamilə dəyişib. Onun dövründə həyata keçirilən strateji alışlar (məsələn, Inphi) şirkəti optik bazarda liderlərdən birinə çevirdi.
Murphy-nin ən böyük nailiyyəti odur ki, Marvell artıq Nvidia və AMD ilə birbaşa rəqabət etmir, əksinə hyperscaler-lərə “uyğun çip” həlləri təqdim edir.
Əməkdaşlıqlar və müştərilər
AWS ilə 5 illik tərəfdaşlıq müqaviləsi var. AWS üçün custom akseleratorlar, DSP-lər və şəbəkə çipləri hazırlanır. Microsoft, Meta və Google ilə də müxtəlif layihələrdə əməkdaşlıq etdiyi məlumdur.
Marvell-ə ən çox sahib olan institusional investorlar:
Vanguard
BlackRock
Fidelity
Yəni Wall Street-in ən böyük oyunçuları artıq Marvell-in yanında dayanıb.
Maliyyə vəziyyəti və proqnozlar :
FY26 Q2-də gəlir $2.006 mlrd (+58% ).
Morningstar Marvell-in ədalətli dəyərini $90 hesab edir.
Barron’s isə $90–$100 hədəf aralığını göstərir.
Qısamüddətdə istiqamətləndirmə zəif görünsə də, orta-uzun müddətdə AI və data mərkəzi yatırımları Marvell üçün möhkəm dəstəkdir.
Son bazar məlumatlarına və texniki analizlərə əsasən qiymət dəyişikliyi gözləntisi müsbət istiqamətdədir.
Texniki analiz: MRVL-in yaxın 3 ay ərzində $71–$80 aralığında hərəkət etməsi ehtimalı yüksəkdir.
Analitiklər: Orta/uzunmüddətli hədəflər $80–$90 aralığında saxlanılır, bəzi optimistlər $100+ proqnoz verir.
Əsas dəstək səviyyələri: $62, $56,
Əsas müqavimət səviyyəsi: $78.
Yəni qısamüddətdə qiymətdə dalğalanma ola bilər, amma uzunmüddətdə AI sərmayələri Marvell üçün müsbət yol açır.
Marvell səhnənin arxasında dayanaraq hyperscaler-lərə xidmət göstərir. Bu səbəbdən o, Nvidia və AMD kimi daim gündəmdə deyil, amma AI infrastrukturunun qurulmasında səssiz qalib rolundadır.
Bu səbəbdən Morningstar analitiklərinin fikrincə, Fed faiz dərəcələrini azaltmazdan əvvəl alınmalı 5 səhm siyahısında Marvell-in də adı Google və Nvidia ilə birlikdə çəkilir. Digər iki səhm isə texnologiya sektoru ilə bağlı deyil. Bu isə o deməkdir ki, yalnız üç texnologiya şirkətinin qeyd edildiyi siyahıya Marvell-in də daxil edilməsi onun gələcək uğurunun nə qədər aydın olduğunu göstərir.
Analitiklərin müzakirə etdiyi həmin 5 səhm barədə 1 saatlıq podkastı aşağıdakı linkdən izləyə bilərsiniz.