IPO biznesi və ya IPO flipping
IPO Flipping – Səhm Bazarında Bir Gündə Sərvət Qazanmağın Yolu.
Qısa müddətli (günlük, həftəlik, aylıq, rüblük) və uzunmüddətli səhm ticarəti olduğu kimi, yalnız IPO-ya fokuslanmış IPO ticarəti ilə məşğul olan traderlər və HEDGE fondlar var. Səhm dünyasında IPO biznesi ən uğurlu bizneslərdən sayılır ki, bunu da “IPO flipping” adlandırırlar.
Bəs IPO Flipping nədir?
İnvestorlar səhmləri IPO satış qiymətindən (birja ticarətinə başlamazdan əvvəl müəyyən olunan qiymət) almağa çalışırlar. Sonra isə çox tez satırlar — bəzən bir neçə dəqiqə və ya saat ərzində, ya da 1–2 gün ərzində. Məqsəd, səhmin birjada ilk günlərində baş verən “IPO pop” (yəni qiymətin kəskin artımı) dalğasından qazanmaqdır. Bu dalğa çox hallarda bir neçə dəqiqə ərzində 100%-ə dək yüksəlir.
Bunu ən çox edən institusional investorlar - HEDGE fondlar və pərakəndə treyderlərdir (retail trader). Hedge fondlar əsasən IPO-dan əvvəl ən böyük payları alırlar və dərhal sataraq qazanc götürürlər. Buna misal olaraq Renaissance Capital-ı göstərmək olar.
Hətta Renaissance Capital-ın IPO yönümlü ETF-i (birjada adı da elə IPO-dur) var. Yəni siz bu ETF-i rahat şəkildə ala bilərsiniz və Renaissance Capital-ın etdiyi uğurlu IPO ticarətindən qazana bilərsiniz. Hazırda IPO-nun həftəlik, aylıq, illik, 5 illik və bütün dövrünə baxsanız yalnız qazancda olduğunu görərsiniz. Məsələn, aşağıda gördüyünüz kimi son 1 ayda 22% yüksəlib.
Pərakəndə treyderlər isə Robinhood, Fidelity və ya Webull kimi platformalarda kiçik həcmdə IPO paylarını ala bilirlər. Çünki brokerlər adətən IPO-ya yeni çıxacaq şirkətlərin səhmini öncədən almağa limit qoyur. Belə olan halda fərdi investorlar şirkətin IPO olacağı anı ( Birjaya düşəcəyi anı ) gözləyirlər və IPO olan kimi istədikləri sayda almaq imkanı qazanırlar və bir neçə dəqiqə sonra sata bilirlər. Bu da onlara qısa müddətdə ən azı 5-10% qazanc gətirir. Bəzi şirkətlər və ya treyderlər yalnız IPO flipping strategiyası ilə məşğul olur, əsasən ilk gün və ya ilk həftə ticarətinə fokuslanırlar. Başqa heç bir səhm ticarəti etmirlər.
IPO ticarətinin üstünlüyü odur ki, əgər IPO qiyməti qalxırsa, çox tez qazanc əldə etmək olur (məsələn, Snowflake, Airbnb, Rivian ilk günlərində) və uzunmüddətli risk götürmək lazım olmur.
Bu ticarətin riskli tərəfləri də ondan ibarətdir ki, bütün IPO-lar qalxmır — bəziləri ilk gündən kəskin düşür. Hər kəs üçün IPO qiymətindən pay almaq çətindir — çox vaxt pərakəndə investor yalnız qiymət artdıqdan sonra, yəni ilk dəqiqələrdə ala bilir ki, bu da artıq yaxşı qazanmaq şansını azaldır.
Tarixdə çoxlu sayda IPO popları var, onlardan bəziləri aşağıdadır.
Tarixdə Ən Böyük IPO “Pop”-ları:
VA Linux (1999)
IPO Qiyməti: $30
İlk Gün Bağlanış Qiyməti: $239.25
Bir Günlük Artım: +698%TheGlobe.com (1998)
IPO Qiyməti: $9
İlk Gün Bağlanış Qiyməti: $63.50
Bir Günlük Artım: +606%Engage (1999)
IPO Qiyməti: $15
İlk Gün Bağlanış Qiyməti: $97.38
Bir Günlük Artım: +549%Airbnb (2020)
IPO Qiyməti: $68
İlk Gün Bağlanış Qiyməti: $144.71
Bir Günlük Artım: +113%Snowflake (2020)
IPO Qiyməti: $120
İlk Gün Bağlanış Qiyməti: $253.93
Bir Günlük Artım: +112%LinkedIn (2011)
IPO Qiyməti: $45
İlk Gün Bağlanış Qiyməti: $94.25
Bir Günlük Artım: +109%
Ən böyük IPO “partlayışları” əsasən “dotcom” dövründə (1998–2000) baş verib. 2020-ci ildə isə Airbnb və Snowflake kimi şirkətlər COVID sonrası IPO bumunu yenidən yaratdı. IPO flipping edənlər üçün bu cür hallar bir gündə illik qazanc gətirə bilən fürsətlər olur.
IPO flipping hər kəs üçün uyğun strategiya olmasa da, tarixi nümunələr göstərir ki, düzgün zamanda doğru IPO-ya daxil olmaq treyderlərə inanılmaz qazanc gətirə bilər.