Texnologiya dünyasında bəzən elə hadisələr yaşanır ki, sanki Hollivud ssenarisindən çıxıb. Bu dəfə isə diqqət mərkəzində Sammy Azdoufal adlı texnologiya həvəskarı və onun aldığı $2000-lıq DJI robot tozsoranı dayanır.
Hekayə adi bir alışla başlayır. Sammy bahalı robot tozsoran alır. Amma o, adi istifadəçi kimi mobil tətbiqdən istifadə etmək istəmir. O tozsoranı Xbox kontrolleri (joystick ) ilə idarə etmək fikirinə düşür.
Süni intellekti işə qarışdıranda olanlar olur.
Sammy bunun üçün Anthropic şirkətinin yaratdığı Claude modelini işə salır. Məqsəd cihazın API-sini analiz edib joystick vasitəsilə idarə etməkdir. Claude API ilə əlaqə qurmağı bacarır və sistemdən autentifikasiya tokeni əldə olunur. Qoşulma uğurlu görünür. Amma burada gözlənilməz hadisə baş verir.
Sistem Sammy-nin bir yox, 7000 robot tozsoranı idarə etdiyini göstərir.
O, yenidən yoxlayır. Bəli düz 7000 cihaza girişi və idarəçilik icazəsi var.
Təhlükəli boşluq necə tapılır ?
Araşdırma göstərir ki, autentifikasiya mexanizmində ciddi boşluq var. Cihaz sahibliyi yoxlanılmır. Yəni istənilən keçərli token planetdəki istənilən qurğuya çıxış imkanı yarada bilir.
Nəticədə Sammy 24 ölkədə yerləşən minlərlə evin canlı kamera görüntülərinə, xəritələmə məlumatlarına və tam mərtəbə planlarına çıxış əldə edir.
Təsəvvür edin Almaniyada gecə saat 11-də evində sakitcə yeməyini yeyən bir insan, öz robot tozsoranının kamerası ilə potensial olaraq kənardan izlənə biləcəyindən xəbərsizdir.
Bir API çağırışı məsafəsində olmaq tarixdə ən məlumatlı oğruya çevrilmək üçün kifayət edir. Amma Sammy-nin məqsədi oğurluq deyildi. O, sadəcə joystick ilə tozsoran sürmək istəyirdi. O, etik davranaraq problemi dərhal şirkətə bildirir. DJI məsələni iki gün ərzində aradan qaldırır. Sammy isə bahalı döşəmə təmizləyicisi hədiyyəsi ilə gündəmə düşür.
Bu hadisə bir daha göstərir ki, IoT (internetə qoşulan cihazlar) dünyasında təhlükəsizlik ən zəif halqadır. Şirkətlər sürətlə məhsul bazara çıxarır, amma bəzən təhlükəsizlik arxa planda qalır.
Film kimi səslənir. Amma texnologiya dövründə reallıq çox vaxt filmdən daha maraqlu olur.


