FedEx 1970-ci illərin əvvəllərində demək olar ki, iflas etmişdi.
Şirkət gündəlik 30 min dollar olmaqla hər ay təxminən milyon dollar itirirdi. Toplam 26 ayda 29 milyon dollar itirən Fedex rəhbəri Fred işçilərdən maaş çeklərini dərhal nağdlaşdırmamağı xahiş etdi. Pilotlar isə həttda təyyarələrə yanacaq doldurmaq üçün sonradan geri ödəniləcəyinə ümid edərək öz şəxsi kredit kartlarından istifadə edirdilər. Artıq cümə günü günortadan sonra son böhran baş verdi. Əgər bazar ertəsinə qədər 24 min dollarlıq yanacaq borcu ödənilməsəydi, təyyarələr uçmayacaqdı. Fred son bir ümidsiz cəhd edərək təcili maliyyə dəstəyi üçün General Dynamics-ə müraciət etdi və son zərbə də onlardan gəldi. General Dynamics müraciətə rədd cavabı verdi.
Artrit xəstəliyindən və Vyetnamda iki hərbi əməliyyatdan sağ çıxan Fred Smith mübarizə aparmadan təslim olmaq istəmirdi. Chicago airportunda gözləyərkən onun ağlına Dəniz Piyadaları (Marine Corps) dövründən çox yaxşı blackjack oyunçusu kimi tanınması gəldi. Həmin an demək olar ki, ağla sığmaz görünən mümkünsüz bir qərar verdi. O, bankdan şirkətin qalan bütün vəsaitini çıxardaraq Memfisə qayıtmaq əvəzinə, casinoda Black jack oynamaq üçün Las Veqasa uçdu. Sonradan onun bu hərəkətə səbəb olan fikiri ( “Əgər batacaqdıqsa, mübarizə apararaq batacaqdıq… Bu, mənim yarı yolda imtina edib işi bitirməməyimə görə olmayacaqdı.” ) çox məhşurlaşıb stat kimi qısa olaraq “ Əgər FedEx öləcəkdisə, mübarizə apararaq öləcəkdi “ kimi işlənməyə başladı.
1970-ci illərdə Las Veqas kazinolarının bir çoxu hələ də tək dəstli (single-deck) oyunlardan istifadə edirdi ki, bu da Fred kimi bacarıqlı oyunçular üçün kart saymağı daha asan edirdi. Amma üstünlüyü olsa belə, bu yenə də qumar idi və artıq gələcəkdə milyard dollarlıq olacaq bir şirkətin taleyi blackjack masasında idi. Bazar günü axşama qədər Fred 5000$ pulu 27,000 dollara çevirmişdi. O, pulu bank hesabına yatırdı və Memfisə geri uçdu. Şoka düşmüş işçilər isə CEO-nun şirkətin taleyini qumara qoyduğuna inanmaqda çətinlik çəkirdilər. Həmin əlavə bir həftə Fred-ə real maliyyə tapmaq üçün kifayət qədər vaxt qazandırdı. Bir neçə həftə ərzində yeni investorlar FedEx-ə 11 milyon dollar investisiya qoydu. FedEx 1976-cı ildə ilk dəfə mənfəətə çıxdı.
Las Veqasda az qala məhv olan şirkət qlobal daşımaları kökündən dəyişdi. Bu gün isə FedEx-in bazar dəyəri 40 milyard dollardan çoxdur.
Məhz həmin bir neçə həftə müştəri etimadını qorudu, işçilərin iş yerlərini saxladı, şirkətin birdən-birə bağlanmasının qarşısını aldı və ən əsası isə düzgün maliyyə tapmaq üçün vaxt qazandırdı.
Bu hekayənin dərsi qumar deyil. Bu hekayənin dərsi vaxtın dəyəridir.
Sonralar Fred məhz bu hekayənin dərsinin qumar kim təbliğ olunmaması üçün mətbuatda bu hadisəni tam olmasa da qismən təsdiqləyirdi. Baxmayaraq ki mətbuat olmuyan dost mühütində dəfələrlə təsdqiləmişdi.
Həttda podcastların birinə qonaq olan oğlu verliş zamanı Fredə zəng edərək bu hadisə barəsində soruşmuşdu. Fred həmişəki kimi LasVegasa casinosuna gedib qumar oynadığını etiraf etsə də gənclərə pis nümunə olacağını düşünərək o pulun FedEx-in hesabından çəkdiyini yox dostundan borc aldığını bildirir. Podcusta bu linkdən baxa bilərsiz:
Bəzən biznesdə sizi xilas edən nə böyük qazanc, nə möhtəşəm ideya , nə də möcüzə deyil sadəcə bir az da davam edə bilmək üçün vaxtdır.
Əgər bu gün çətinlikdəsənsə, bəlkə də sənə lazım olan tək şey daha bir gün, daha bir həftə, daha bir şansdır.
Vaxt qazananlar, oyunda qalır. Oyunda qalanlar isə sonda qalib gəlir.
Baş rolda Tom Hanks oynadığı Cast Away filmi FedEx-in ruhunu və fəlsəfəsini simvolik şəkildə əks etdirir. Film simvolik səviyyədə FedEx-in əsas dəyərlərini göstərir. Tom Hanks-in canlandırdığı Chuck Noland obrazı təyyarə qəzasından sonra hər şeyini itirsə belə, bir FedEx bağlamasını illərlə açmır, onu məsuliyyət və məqsəd simvolu kimi qoruyur. Film boyunca “We deliver no matter what” ideyası açıq mesaj olaraq “FedEx üçün bağlama sadəcə yük deyil — etibardır.” mənası ilə çatdırılır.
FedEx filmə tam brend icazəsi verib ki, bu da Hollywood tarixində nadir hadisədir.
Mənbələr :
Film :
https://finance.yahoo.com/news/fedex-founder-bet-last-5-154541309.html
https://www.foxbusiness.com/money/fred-smith-fedex-blackjack-winning-formula
https://medium.com/lessons-from-history/fedexs-future-was-gambled-in-a-las-vegas-casino-in-1974-de433796391c
https://medium.com/@ibraheemr/when-5k-stood-between-failure-and-a-fortune-what-fred-smiths-fedex-gamble-teaches-us-about-0f5f1e86b923
https://avgeekery.com/fedex-fred-smith-leaves-behind-legacy/?fbclid=IwY2xjawO4ZlhleHRuA2FlbQIxMQBicmlkETFyeEEyYkhudlE3MVl6NXBic3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHhQnfFRV7tQ26Ru0akZyQaiFxZW1cHHbSISWefJZ9UdnxWy2-sD1R7XqDCd6_aem_boGbRgNV7tz1wQ7j6Ux16g
https://www.foxbusiness.com/money/fred-smith-fedex-blackjack-winning-formula
https://respromos.com/fedex-fred-smith-las-vegas/




