Charlie Munger
Berkshire Hathaway Warren Buffett-in adı ilə bilinsə də əslində şirkəti qurub zirvəyə qaldıran Charlie olmuşdu. O həm də Buffett-ın ən yaxın dostu idi.
Charlie 1 yanvar 1924-cü ildə Warren Buffettlə eyni şəhərdə ABŞ-ın Nebraska ştatının Omaha şəhərində anadan olub. Amma onlar bir-birilə illər sonra 1960-cı ildə Buffett ailəsinin baqqal dükanında işləməyə başlayanda tanış olublar.
1978–2023 Berkshire Hathaway-in vitse-prezidenti oldu və Buffett-lə birlikdə Amerikanın ən böyük investisiya imperiyasını qurdu.
Charlie Munger birinci həyat yoldaşı Nancy Huggins-dən 1954-ci ildə boşanır. 1960-cı illərin əvvəllərində ilk övladı - oğlu Teddy Munger 9 yaşında leykoz (qan xərçəngi) xəstəliyindən vəfat edib. Munger həmin dövrdə hüquq firmasında çalışırdı. Teddy xəstə olarkən Munger maliyyə çətinlikləri yaşayır və tibbi xərcləri qarşılamaq üçün çətinlik çəkir və bəzi xərcləri qarşılaya bilmir. Bu, Munger-in həyatındakı ən ağır şəxsi faciə olur və onun fəlsəfi düşüncələrinə dərin təsir göstərir.
Müsahibələrində Həmişə özünə o sualı verdiyini qeyd edir - həmin vaxt pulum çox olsaydı hər şey necə olardı ?
1978-ci ildə Munger-də göz problemi yarandı. Bir neçə əməliyyata baxmayaraq, gözünü xilas etmək mümkün olmadı və nəticədə bir gözünün görmə qabiliyyətini tamamilə itirdi.
Elə 1978-ci ildən etibarən, Charlie Munger Berkshire Hathaway-in vitse-prezidenti oldu. O, Warren Buffett-in "ucuz qiymətə alınan zəif şirkətlər" fəlsəfəsini dəyişib “yaxşı idarə olunan, davamlı və keyfiyyətli bizneslərə” uzunmüddətli sərmayə fəsəfəsinə keçir.
Munger Wesco Financial şirkətinin 41 il CEO-su olub. O uzun illər Costco-nun direktorlar şurasında yer alıb.
Onun bəzi sitatları :
“Pis qərarlar vermək – yaxşı qərarlar verməyi öyrənməyin başlanğıcıdır.”
“Ən yaxşı investisiya – öz beyninə və xarakterinə etdiyindir.”
“Keyfiyyətə bir az artıq pul ödəmək, uzunmüddətli qazancın təməlidir.”
“Təkcə çəkiciniz varsa, hər şey sizə mıx kimi görünəcək.” (Yəni, fərqli problemləri həll etmək üçün fərqli baxış bucağınız olmalıdır.)
“Heç vaxt emosional və pis niyyətli insanla biznes qurma – bu sonda sənə baha başa gələcək.”
Onun ən məşhur sözlərindən biri Warren Buffettin də tez-tez təkrar etdiyi bu fikirdir - “Smart men go broke three ways – Liquor, Ladies, and Leverage.” - Ağıllı kişilər üç səbəbdən müflis olurlar – içki, qadınlar və kredit (borc)