Bu gün sizinlə gənc azərbaycanlı tədqiqatçı Murad Mustafazadənin maraqlı elmi araşdırmasını bölüşmək istəyirəm.
Murad Mustafazadə iqtisadiyyat üzrə bakalavr təhsilini Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Middle East Technical University-də (ODTÜ), magistr təhsilini isə ABŞ-ın aparıcı ali təhsil müəssisələrindən biri olan University of Texas-da alıb. Hazırda iqtisadiyyat üzrə doktorantura (PhD) təhsilini Arizona State University-də davam etdirir.
Məqalə korporativ gəlir vergilərinin biznes dinamikasına təsirini araşdırır və bu təsiri izah etmək üçün nümunə olaraq Alabama ştatında 2001-ci ildə korporativ gəlir vergisinin artırılmasının biznes fəaliyyəti və əhali dinamikasına təsirini təhlil edir.
Araşdırmanın əsas nəticələri:
• Alabama korporativ gəlir vergisini 5%-dən 6.5%-ə qaldırdıqdan sonra bəzi sərhəd rayonlarında şirkətlərin sayı təxminən 14.5% azalıb.
• Müəssisələrin (establishments) sayı orta hesabla 13.1% azalıb.
• Yeni açılan müəssisələrin sayı 22%-dən çox azalıb.
• Əhali sayı təxminən 13% azalıb.
• Ən güclü təsir Alabama ilə Mississippi sərhədində müşahidə olunub. Burada vergi fərqi daha böyük olduğu üçün şirkətlərin və işçilərin daha aşağı vergi tətbiq olunan ərazilərə yönəlməsi ehtimalı artıb.
• Alabama ilə Georgia sərhədində isə oxşar təsir müşahidə edilməyib. Bunun əsas səbəbi iki ştat arasındakı vergi fərqinin çox kiçik olmasıdır.
• Araşdırma göstərir ki, bizneslər və işçi qüvvəsi vergi fərqlərinə düşündüyümüzdən daha həssas reaksiya verə bilər.
Tam məqalə aşağıdakı PDF faylında təqdim olunur. Araşdırma məzmunun və müəllifin fikirlərinin dəqiq qorunması məqsədilə orijinal ingilis dilində paylaşılır. İstəyənlər məqaləni istənilən süni intellekt alətinə əlavə edərək Azərbaycan dilində tərcüməsini də oxuya bilərlər.

