AI dövründə texnologiya sevən uşaqlar üçün ən ağıllı seçim
Cybersecurity - Gələcəyin Zərurəti
Son araşdırmalara görə ABŞ-da uşaqlar üçün açılan texnologiya yönümlü təhsil sahəsində kibertəhlükəsizlik (Cybersecurity) əsas yerlərdən birini tutur. Artıq ABŞ-da hər yaş qrupu üçün kibertəhlükəsizlik üzrə kurslar, məktəblər və kampuslar mövcuddur. Hətta baxçalarda və orta məktəblərdə belə cybersecurity artıq IT sahəsi daxilində deyil ayrıca proqram kimi öyrədilir.
Yaş qruplarına görə Texas ştatında ən məşhur proqramlardan bəziləri aşağıdakılardır:
USF Middle School Cyber Camp (təxminən 6–8-ci siniflər üçün)
Code@TACC Cybersecurity (9–11-ci siniflər üçün)
GenCyber (müxtəlif universitetlərdə, 7–12-ci siniflər üçün)
U.S. Cyber Academy
Süni intellekt (AI) bir çox peşəni dəyişdirir, bəzilərini isə tamamilə sıradan çıxarır. Bu dəyişiklik fonunda valideynlər arasında keçirilən sorğularda ən çətin suallardan biri “Uşağımı gələcəkdə hansı sahəyə yönləndirməliyəm ki, həm stabil, həm də uğurlu olsun?” sualdır. Bu suala ən çox verilən cavablarından biri isə kibertəhlükəsizlik (cybersecurity) olub.
Kollec və universitetlərdə isə Cybersecurity ixtisası artıq bir neçə ildir ki, tam müstəqil sahə kimi ayrılıb. Əvvəllər bakalavr və magistr təhsilində cybersecurity yalnız IT və ya Computer Science daxilində ayrıca bir modul kimi tədris olunurdusa, artıq 4 illik Bakalavr 2 illik Magistr (Cybersecurity) kimi ayrıca ixtisaslar mövcuddur və bu ixtisaslar Computer Science & Information Technology bölməsində çox vaxt birinci prioritet kimi təklif olunur.
Məsələn, aşağıda gördüyünüz şəkil Texas ştatında community college-lər arasında ilk 5-likdə olan Austin Community College (ACC) Texnologiya bölməsində təklif olunan ixtisasları göstərir- Cybersecurity ilk yerdədir.
Burada 4 semestr təhsil alaraq toplanan kreditlərdən istifadə etməklə, ABŞ-ın top 10 universitetləri arasında olan University of Texas-da eyni ixtisas üzrə birbaşa 3-cü kursdan təhsilə davam etmək və universitet diplomu əldə etmək mümkündür.
Fərq ondadır ki, ACC-də semestr ödənişi UT ilə müqayisədə xeyli ucuzdur.
AI dövründə niyə məhz kibertəhlükəsizlik önə çıxır?
Çünki AI artıq sadə mühasibat işlərini , basic müştəri dəstəyini, data entry-ni və rutin IT tapşırıqlarını avtomatlaşdırır.
Amma eyni zamanda AI daha ağıllı kiberhücumlar, deepfake dələduzluqlar və avtomatlaşdırılmış phishing hücumları yaradır.
Burada həm də paradoks yaranır AI bir çox işi azaldır, amma kibertəhlükəsizliyə olan ehtiyacı daha da artırır.
Bu səbəbdən kibertəhlükəsizlik gələcəyin “yox olan” yox, böyüyən sahələrindən biridir. Artıq AI-ın özü də kiberhücumlar üçün geniş şəkildə istifadə olunur. Məhz buna görə yaxın 2–3 il ərzində kibertəhlükəsizlik ümumi IT və biznes xərclərində daha böyük paya sahib olacaq.
Məsələn, Chase və HSBC bankları 2025-ci il üçün kibertəhlükəsizliyə ümumi texnologiya xərclərinin təxminən 12%-ni ayırıb ki, bu da hər bir bank üçün illik təqribən 760 milyon dollar deməkdir.
ABŞ-da IPO-da olan ən məşhur Cybersecurity şirkətləri
Hazırda ABŞ-da IPO-da olan bir çox cybersecurity şirkəti uzunmüddətli dövr üçün yaxşı investisiya sahəsi hesab olunur. Ən məşhurlarından bəziləri aşağıdakılardır:
CrowdStrike (CRWD)
Fortinet (FTNT)
Zscaler (ZS)
Okta (OKTA)
Cloudflare (NET)
SentinelOne (S)
Hal hazırda kibertəhlükəsziliyin ən çox tələbatı olan sahələr müştəri kredit kartları ilə beynəlxalq ödənişlər aparan şirkətlərdi ki bu da ən çox bank sahəsi və digər xidmət sahəsində olan şirkətlərdi. Yalnız Marriott şirkəti 2024-cü ildə texnologiya sahəsinə xərclədiyi 1.4 milyard dolların 30%-dən çoxunu Cybersecurity şirkətlərinə xərcləyib. AI istifadəsi genişləndiyinə görə bu xərcin 2026-ci ildi bütün beynəxalq hotellər şəbəkəsində 35%-ə çatacağı gözlənilir ki eyni zamanda toplam IT xərcinin də illik 10-12% artacağı proqnoz edilir. 2030-cu ilə qədər isə Banklar və hotel-restoran şirkətlərində Cybersecurity xərclərinin ümümi IT xərclərinin 50%-i təşkil edəcəyi gözlənilir.
Nəticə olaraq, texnologiya və AI sürətlə inkişaf etdikcə kibertəhlükəsizlik artıq seçim yox, zərurətə çevrilir. Uşaqları bu sahə ilə erkən tanış etmək təkcə gələcək peşə baxımından deyil, həm də rəqəmsal dünyada təhlükəsiz və şüurlu fərd kimi formalaşmaları üçün böyük üstünlük yaradır. Gələcəkdə qalib olacaq nəsil təhlükəni anlayan və onu idarə etməyi bacaran nəsil olacaq. Bu səbəbdən uşaqları texnologiyadan uzaqlaşdırmaq yox əksinə düzgün istiqamət verərək texnologiyanı sevdirmək lazımdır. Bu nəsil həm də yüksək qazanc əldə edən bir kəsim olacaq. Çünki hazırda ABŞ-da hər il ortalama əməkhaqqının artım həciminə görə Cybersecurity bütün ixtisaslar arasında ilk 3-lükdədir ki bu da təxminən illik 15-20% artım deməkdi. Hazırda başlanğıc əmək haqqı illik 90k dollar olan bir Cybersecurity analistin ortalama maaşı 124k $-dır ki bu da əmək bazarında çox yaxşı əmək haqqı esab olunur.
Mənbələr :
https://programs.austincc.edu/programs-by-area-of-study/
https://www.cybersecuritydive.com/news/preemptive-security-predicted-half-it-security-2030/760642
https://www.pwc.com/gx/en/news-room/press-releases/2025/pwc-2025-global-investor-survey.html
https://www.maximizemarketresearch.com/market-report/global-banking-cyber-security-market/92354
https://www.marketsandmarkets.com/Market-Reports/cyber-security-market-505.html
https://www.fool.com/investing/2025/12/01/cybersecurity-spend-surge-best-stock-crwd
https://www.wgu.edu/blog/cybersecurity-salaries-how-high-can-you-climb1806.html#:~:text=Cybersecurity%20continues%20to%20be%20one,10%25%20earned%20more%20than%20$186%2C420.
https://www.pefcu.blog/2025/11/12/cybersecurity-for-kids-a-parents-guide/





