Coinlərin dövlət dəstəkli gələcəyi
ABŞ $35 Trilyonluq Borc Problemini Coin-lərlə Həll Etmək İstəyir. Stablecoin-lərə federal zəmanət dövrü başlayır
Bugünlərdə gündəmdə olan əsas məsələlərdən biri coinlər vasitəsi ilə ABŞ-ın $35 trilyonluq milli borc problemini həll etmək programıdır.
Əgər sosial şəbəkələrə və iqtisadi forumlara diqqət etsəniz, bütün ölkələrdə səhm və kriptovaluta analitiklərinin eyni mövzu üzərindən fikirlərini paylaşdıqlarını görərsiz. Belə analizlərə xüsusilə ABŞ hedge fondlarının və məşhur fərdi investorların sosial paylaşımlarında tez-tez rast gəlmək mümkündür.
Əgər bu analitiklərin rəylərini diqqətlə oxusanız, ortaq bir məqamı aydın şəkildə görə bilərsiz: ümumi nəticə ondan ibarətdir ki, mövcud vəziyyətdən çıxış yollarından biri məhz stable coinlər ola bilər.
ABŞ-ın ödəməli olduğu xarici borcun qaytarılması hələ də ciddi bir problem olaraq qalır. Problemin əsas təhlükəli tərəfi isə borclanmanın davamlı şəkildə artması və mövcud imkanlarla effektiv həll yollarının məhdud görünməsidir.
Hazırda ən diqqət çəkən məsələ dövlətin stable coinlərə yönəlməsi və bütün iqtisadi təşviqləri bu istiqamətdə birləşdirməsidir. Bunun bariz nümunəsi isə 2025-ci ilin iyul ayında qəbul edilən GENIUS Aktı oldu. Bu qanun, ABŞ-da stable coin bazarına ilk dəfə genişmiqyaslı federal nəzarət gətirdi.
Hal-hazırda bazarda ən populyar stable coinlərdən biri Tether (USDT) və Circle şirkətinin buraxdığı USDC-dir. Circle şirkəti 2018-ci ildə USDC-ni təqdim etmişdi və 2025-ci ilin ortalarına qədər dövriyyədə təxminən 60 milyard dollarlıq USDC mövcud idi.
Stable coinin nə olduğunu qısa şəkildə bu 4 dəqiqəlik videoda izləyə bilərsiniz –
Analitiklərin fikrincə, ən effektiv çıxış yolu iqtisadiyyatın coinlər üzərindən böyüdülməsi və beləliklə də borcun ÜDM-ə (GDP) nisbətdə azalmasıdır.
Hazırda dövlət borcu iqtisadiyyatın çox böyük hissəsini təşkil edir və proqnozlara görə, bir neçə il ərzində təkcə borcun faiz ödənişləri ölkənin səhiyyə xərclərindən də çox olacaq.
Administrasiyanın borcu azaltmaq üçün atdığı addımlar, o cümlədən xərclərin azaldılması və "cost saving" tədbirləri problemi həll etmədi, əksinə, daha da dərinləşdirdi.
Aprel ayında tariflərin tətbiqi ilə səhm bazarında ciddi çöküş yaşandı və trilyonlarla dollar dəyər itdi. Bu, bir çox sahələrdə investisiyaların azalmasına, bəzilərinin isə xaricə yönəlməsinə səbəb oldu. Paralel olaraq, ölkə daxilində vətəndaşların narazılığı və aqressiv etirazları artmağa başladı. Nəticədə insanlar həm gəlirlərini itirdilər, həm də hakimiyyətə qarşı narazılığın böyüməsinə səbəb oldular. Bu təzyiqlər fonunda Administrasiya bir sıra sahələrdə geri addım atmalı oldu və ən vacib addımlardan biri DODGE-un fəaliyyətinin zəiflədilməsi oldu.
Bütün bu gedişatdan sonra stable coin-lər borc probleminin həlli kimi ciddi şəkildə gündəmə gəldi. Dövlətin məqsədi insanlara coin-lərin sabitliyinə dair zəmanət verərək onları pul vəsaitlərini coin-lərdə saxlamağa təşviq etmək idi. Bu zəmanətin əsas aləti isə bondlar (xəzinə kağızları / istiqrazlar) oldu.
Nəticədə GENIUS Aktı qəbul olundu və bu aktla ABŞ stable coin-lərə dövlət istiqrazları ilə zəmanət verir. Yəni vətəndaşlar stable coin aldıqları zaman, avtomatik olaraq bu vəsaitlər istiqrazlara yönləndirilir.
Bondlar əsasən 2 yerə bölünür: uzunmüddətli və qısamüddətli. Stable coin-lər vasitəsilə istiqrazlara axın olduqca, istiqrazların faizi aşağı düşür. Çünki normalda dövlət bu istiqrazları satmaq üçün yüksək faiz təklif edirdi. İndi isə buna ehtiyac qalmır – coin-lər üzərindən istiqrazlar avtomatik alındığı üçün bazarda alıcı çoxalır və faiz aşağı düşür. Bu da ABŞ-ın borc üzrə faiz xərclərini dolayı yolla azaldır.
Bundan əlavə, Chase Bank, Bank of America və digər böyük maliyyə institutları artıq öz stable coin-lərini buraxmaq üçün aktiv işləyirlər.
Bu banklar isə bu coin-lərə zəmanət kimi FED-də saxladıqları depozit pullarını göstərirlər.
Məlum olduğu kimi, ABŞ-da hər bank müəyyən məbləği Mərkəzi Bankın tələb etdiyi formada girov-depozit kimi saxlamalıdır. Buna Reserve Requirements deyilir. Bu tələblərə aşağıdakı linkdən baxa bilərsiz.
Əgər bank müflis olarsa, FED həmin girovdan istifadə edərək vətəndaşlara ödəniş edir.
İndi isə banklar həmin pulları zəmanət kimi göstərib onların üzərindən stable coin yaradaraq dövriyyəyə buraxırlar. Daha konkret desək, bu coin-ləri kredit məhsulu kimi müştərilərə təqdim edirlər. Hazırda bu cür depozitlərin ümumi dəyəri 7 trilyon dollardan çoxdur.
Bu isə o deməkdir ki, bazara böyük həcmdə vəsait daxil olacaq və iqtisadiyyatda canlanma müşahidə olunacaq.
Son zamanlar ABŞ-ın ən böyük şirkətlərinin coin-lərə investisiya etməsinin əsas səbəbi də məhz bu proqramın təsiridir.
Əgər bu proqram uğurlu olarsa – ki, real alternativ hələ görünmür – coin-lərin, xüsusilə də dövlətin rəsmi rezerv kimi tanıdığı Bitcoin və Ethereum kimi aktivlərin qiyməti növbəti 3–5 ildə ikiqat artmaq potensialına sahib olacaq.
Mənbələr:
ABŞ Dövlət Borcu:
https://fiscaldata.treasury.gov/datasets/debt-to-the-penny/debt-to-the-penny
Stablecoin Tənzimləmələri və Qanun Layihələri:
https://www.congress.gov/bill/118th-congress/senate-bill/2281
USDC və Circle Şirkəti:
https://coinmarketcap.com/currencies/usd-coin/
https://www.circle.com/usdc
Bankların Stablecoin Layihələri:
https://www.jpmorgan.com/kinexys/index
FED və Bankların Depozit Tələbləri:
https://www.federalreserve.gov/monetarypolicy/reservereq.htm
Bu chox aktual bir movzudur ve bu movzunu ishiqlanriraraq aydinliq getirdiyiniz uchun teshekkur edirem