2026 Futbol üzrə Dünya Çempionatı
Hansı şirkətlər faydalana bilər ? Qısa mənzərə və İqtisadi təsir
2026 FIFA Dünya Çempionatının (ABŞ, Kanada, Meksika) turizm, otellər, aviaşirkətlər, media və digər sahələr üzrə müsbət təsiri gözləniləndir. Bu mübət təsirdən hər bir fərdi investor faydalana bilər və fikrimcə bu sahədən təsirlənəcək şirkətlərə indidən hər ay az-az olmaqla müəyyən dərəcədə investisya etmək çempionat bitdikdən sonrakı rüblük hesabatlar zamanı sizə qarantiyalı və yerli bank faizlərindən daha çox gəlir gətirə bilər. Təbi ki, bu tədbirdən faydalanacaq olan əsasən böyük infrasturktura malik olan köklü şirkətlər olacaq ki, onlar da texnologiya şirkətlərindən daha az gəlir gətirən ancaq stabil yüksələn və riski texnologiya şirkətlərindən dəfələrlə az olan şirkətlər olacaq. Bu tip investisyaya bir növ sezonluq biznes işi kimi yanaşılır. Yəni sezon gəlməmişdən bir müddət öncə biznesə hazırlıq görülür sezon başa vurulduqdan sonra isə biznes gəliri hesablanır.
İndi keçək turnirə :
Turnir 11 iyun–19 iyul 2026 tarixlərində keçiriləcək; format 48 komanda / 104 oyundur. Ev sahibləri: ABŞ, Kanada, Meksika. Rəsmi oyun cədvəli və şəhərlər FIFA-da dərc olunub.
ABŞ yayımları 2026-cı ilə qədər FOX (ingiliscə) və Telemundo (ispanca) kanallarındadır. FIFA-nın “Qlobal tərəfdaş” siyahısında hazırda Visa, adidas, Coca-Cola, Hyundai-Kia, Qatar Airways, Aramco, Lenovo var.
İqtisadi təsir.
Kanada: FIFA-nın rəsmi açıqlamasına görə yalnız Kanadada müsbət iqtisadi çıxış CAD 3.8 mlrd civarındadır.
Meksika: ABŞ Ticarət Nazirliyinə görə turizm gəlirləri $1 mlrd+ ola bilər.
ABŞ üçün proqnoz:
ABŞ-da 2026 FIFA Dünya Çempionatında oyunlar keçirilməsi üçün seçilmiş 11 şəhər var. Yəni Ümumilikdə 16 host şəhər olacaq — ABŞ, Meksika və Kanadanı daxil olmaqla və bunun cəmi 5-i ABŞ-dan kənardadır. Bu da ABŞ şirkətlərinin daha çox faydalanacağı anlamına gəlir.
Bu ABŞ şəhərləri aşağıdakılardır:
Atlanta (Georgia)
Boston (Massachusetts)
Dallas (Texas)
Houston (Texas)
Los Angeles (Kaliforniya)
Kansas City (Missouri)
Miami (Florida)
New York / New Jersey (MetLife Stadium)
Philadelphia (Pennsylvania)
San Francisco Bay Area (Kaliforniya)
Seattle (Washington)
Əlavə olaraq, Meksika və Kanadada da ev sahibliyi edəcək şəhərlər var:
Meksika: Mexico City, Guadalajara, Monterrey
Kanada: Toronto, Vancouver
Turist sayı: ABŞ daxilinə gələcək turist sayı 4 milyon civarında qeyd edilir.
Gəlir / iqtisadi təsir: ABŞ iqtisadiyyatına turnirin daxil edəcəyi proqnozlaşdırılan GDP artımı $17.2 milyard səviyyəsindədir
Turnirin ABŞ’dakı “gross output” (yəni məhsul və xidmətlərin ümumi həcmi) proqnozu $30.5 milyarddır.
185,000 tam yeni iş (full-time equivalent) yaradılması gözlənilir.
Sektor-sektor fürsətlər :
1) Otellər & qonaqpərvərlik
Oyun həftələrində qiymət gücü, “sold-out” dövrləri, əlavə room-night-lar qiymətlərin qalxacağını, lakin artımın şəhərdən-şəhərə dəyişəcəyini göstərir.
Potensial faydalananlar (ABŞ/qlobal): Marriott (MAR), Hilton (HLT), Hyatt (H), IHG (IHG), Choice (CHH), Wyndham (WH);
alternativ yerləşmə: Airbnb (ABNB);
onlayn səyahət: Booking (BKNG), Expedia (EXPE).
2) Aviaşirkətlər & hava limanı ekosistemi
ABŞ daşıyıcıları: American (AAL), Delta (DAL), United (UAL), Southwest (LUV), JetBlue (JBLU).
3) Media, yayım, reklam
ABŞ hüquqları: FOX/Telemundo 2026-ya qədər. Sports Media Watch+1
Potensial faydalananlar: Fox Corp (FOXA), Comcast/NBCU (CMCSA – ispanca tərəf Telemundo), Disney (DIS – ESPN ekosistemi əlavə proqramlaşdırma/əməkdaşlıq), Roku (ROKU) və reklam platformaları.
4) Sponsorlar, içki & FMCG, ödəniş sistemləri
FIFA tərəfdaşları/sponsor ekosistemi (seçilmiş): Visa (V), adidas (ADS.DE), Coca-Cola (KO), Hyundai-Kia, Aramco, Lenovo; aşağı səviyyələrdə AB InBev (BUD), Bank of America (BAC), McDonald’s (MCD), Verizon (VZ) və b. (müxtəlif mənbələrdə yer alır).
5) Canlı tədbir, bilet, logistika & stadion texnologiyası
Şirkətlər: Live Nation/Ticketmaster (LYV) – (bilet ekosistemi), Verizon (VZ), AT&T (T), Cisco (CSCO) – (stadion şəbəkələri, 5G/wi-fi), Clear Secure (YOU) – (hava limanları).
Nəticə olaraq deyə bilərik ki , 2026 Dünya Çempionatı bütün birjanı deyil, əsasən ev-sahibi şəhərləri və onlarla bağlı sektorları (otellər, aviaşirkətlər, media, sponsor/FMCG, canlı tədbir infrastrukturu) daha çox hərəkətə gətirəcək. RevPAR artımı və lokal turizm dalğası realdır, ancaq bərabər paylanmır. İnvestor kimi ən rasional yanaşma: şəhər-spesifik ekspozisiyası yüksək olan şirkətləri və yeni müqavilə xəbərləri ilə katalizatorları izləməkdir.



